Ğafir - 40:80
Sizin üçün onlarda müxtəlif faydalar vardır. Könlünüz istədiyi kimi onlardan faydalanırsınız. Onlarla və gəmilərlə daşınırsınız.
Gəmilərlə daşınırlar:
İbrahim/14:32
Allah göyləri və yeri yaradan, göydən bir su endirib sizin üçün müxtəlif meyvələrdən qidalar çıxarandır. Qoyduğu qanuna görə sizi dənizdə daşıması üçün gəmiləri əmrinizə verdi. Eyni şəkildə çayları da əmrinizə verdi.
Yunus/10:22
Sizi quruda və dənizdə hərəkət etdirən Odur. (Düşünün ki) gəmidəsiniz... Xoş bir küləklə yolçuları (sərnişinləri) alıb apardığı zaman gəmidən məmnundurlar. Qəfildən şiddətli bir fırtınaya yaxalanırlar. Hər tərəfdən gələn dalğaların arasında tamamilə mühasirəyə alındıqlarını sandıqları an, dini sadəcə Allaha aid edərək, "Bizi bundan qurtararsan şükür edənlərdən olacağıq," deyə yalvarırlar.
Rum/30:46
Sizə rəhmətini daddırmaq, əmri ilə gəmiləri üzdürməsi, lütfünü (ticarət yolu ilə) aramanız və şükür etməyiniz üçün küləkləri müjdəçi olaraq göndərməsi də Onun ayələrindəndir.
Şura/42:32
Okeanda dağlar kimi axıb gedən gəmilər də Onun ayələrindəndir.
Şura/42:33
İstəyərsə küləkləri durdurar və onlar suyun üzərində hərəkətsiz qalardı. Bunda, hər səbr edən və şükür edən kimsə üçün ibrətlər vardır.
Rahmən/55:24
Dənizdə dağlar kimi axıb gedən gəmilər Onundur.