Ğafir - 40:82
Özlərindən öncəkilərin aqibətinin necə olduğuna baxmaq üçün yer üzünü gəzib-dolaşmırlarmı? Onlardan say baxımından daha çox, daha güclü olub yer üzündə daha çox məhsuldar idilər. Ancaq, qazandıqları şeylər onları qurtara bilmədi.
Öncəki nəsillərin zülm etdikləri zaman sonları necə olmuşdur?
Ənkəbut/29:40
Hamısını günahlarıyla yaxaladıq. Onlardan kimisinin üstünə çılğın bir fırtına göndərdik, kimisini də qorxunc bir səs yaxaladı, kimisini yerin dibinə batırdıq, kimisini də boğduq. Onlara zülm edən Allah deyildi; onlar özləri özlərinə zülm edirdilər.