Fussilət - 41:29
İnkar edənlər, "Rəbbimiz, cinlərdən və insanlardan bizi azdıranları bizə göstər, onları ayaqlarımızın altına alaq və ən alçaq olanlardan olsunlar," deyərlər.
İnsanlar və Cinlər birlikdə sorğu-sual olunacaqlar:
Ənam/6:128
Hamısını sürüyüb topladığı gün: "Ey cin topluluğu! Siz insanlardan bir çoxunu istifadə etdiniz." Onların insanlardan olan dostları: "Rəbbimiz, Bizə verdiyin müddətin sonuna yetişincəyə qədər bir-birimizdən xoşlandıq," deyərlər. "Yeriniz atəşdir," deyər. Allahın diləməsi xaric, orada əbədi qalacaqlar." Rəbbin Hikmət sahibidir, Biləndir.
Ənam/6:130
Ey cin və insan topluluğu, sizə, ayələrimi anlatan və bu günlə qarşılaşmağınız haqqında sizə içinizdən xəbərdarlıq edən elçilər gəlmədimi? "Öz əleyhimizə şahidik," dedilər. Dünya həyatı onları aldatdı və inkarçı olduqlarına dair özləri öz əleyhlərində şahidlik etdilər.