Fussilət - 41:38
Təkəbbürlənirlərsə, Rəbbinin yanındakılar heç yorulmadan gecə-gündüz Onu ucaldırlar.
Rəbbinin yanındakilər kimlərdir?
Ğafir/40:7
İdarəetmə mərkəzinə xidmət edənlər və ətrafındakılar Rəblərini tərifləyərək ucaldırlar və Ona iman edirlər. İman edənlər üçün bağışlanma diləyərlər: "Rəbbimiz, rəhmətin və bilgin hər şeyi içinə almışdır. Tövbə edənlər və sənin yoluna tabe olanları bağışla və onları atəşin əzabından qoru."
Təkvir/81:19
Bu, şərəfli bir elçinin sözüdür.
Təkvir/81:20
Güclüdür; Yönətimin Sahibi qatından səlahiyyətlidir.
Zumər/39:75
Mələkləri, yönətim (idarəetmə) mərkəzinin ətrafını əhatə etdiyi halda, Rəblərini tərifləyərək ucaltdıqlarını görərsən. Aralarında gerçəyə görə hökm verilmişdir və "Tərif aləmlərin Rəbbi Allahadır," deyilir.