Fussilət - 41:40 Ayələrimizin gerçək mənasından yayındırmaq istəyənlər Bizdən gizli qalmaz. Atəşə atılanmı, yoxsa dirilmə günündə güvən içində Bizə gələnmi daha yaxşıdır? İstədiyiniz kimi davranın. O, etdiklərinizi əlbəttə Görəndir.
Kitabdan bir şey gizləyən və ayələrində yanlış mənalar çıxardanlara Rəbbimizin hökmü:
Bəqərə/2:174 Allahın nazil etdiyi kitabdan bir şey gizləyib onu az bir dəyərə dəyişənlər, qarınlarına atəş doldururlar. Dirilmə günündə Allah onlarla danışmaz və onları təmizə çıxarmaz. Onlara ağrı-acı verici bir əzab var.
Bəqərə/2:175 Onlar, hidayət qarşılığında azğınlığı və əfv edilmə qarşılığında əzabı satın almışlardır. Atəşə nə qədər də dözümlüdürlər!
Bəqərə/2:159 Nazil etdiyimiz açıq-aydın dəlilləri və hidayəti, -Biz kitabda insanlara açıqladıqdan sonra- gizləyənləri həm Allah, həm də lənətləyənlər lənətləyər.

Fussilət/41:40 Ayələrimizin gerçək mənasından yayındırmaq istəyənlər Bizdən gizli qalmaz. Atəşə atılanmı, yoxsa dirilmə günündə güvən içində Bizə gələnmi daha yaxşıdır? İstədiyiniz kimi davranın. O, etdiklərinizi əlbəttə Görəndir.

Yunus/10:15 Onlara açıq-aşkar ayələrimiz oxunduğu zaman, Bizə qovuşmağı ümid etməyənlər, "Bundan başqa bir Quran gətir, yaxud onu dəyişdir!" deyərlər. De ki: "Onu öz tərəfimdən dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy edilənə tabe oluram. Rəbbimə qarşı gələrsəm, böyük günün əzabından qorxuram."

Bəqərə/2:211 İsrail oğullarından soruş ki, onlara nə qədər açıq-aşkar ayələr verdik! Özünə Allahın neməti gəldikdən sonra onu dəyişdirənlər üçün Allah ağır bir cəza verər.

İsra/17:73 Başqa bir şeyi uydurub bizə isnad etməyin üçün az qala səni, sənə vəhy etdiyimizdən ayırıb azdıracaqdılar. Bax o zaman səni dost qəbul edəcəkdilər.
İsra/17:74 Səni sağlamlaşdırmasaydıq, az qala onlara bir az meyl edəcəkdin.
İsra/17:75 O zaman da həyatın və ölümün əzabını qatbaqat sənə daddırardıq. Sonra Bizə qarşı bir yardımçı da tapa bilməzdin.