Fussilət - 41:5 Dedilər ki, "Sənin bizi çağırdığın şeyə qarşı sabit fikirliyik, qulaqlarımızda ağırlıq və bizimlə sizin aranızda pərdə vardır. İstədiyini et, biz də edəcəyik.
Kitab əhlinin ikiüzlüləri, Allahın yolunu dəyişdirməyə həvəs göstərərək iman edənləri azdırırdı:
Munafiqun/63:1 İkiüzlülər sənin yanına gəldiklərində, "Sənin Allah elçisi olduğuna şəhadət edərik," deyərlər. Allah sənin Öz elçisi olduğunu bilir və Allah İkiüzlülərin yalan söylədiyinə də şəhadət edər.
Munafiqun/63:2 Andlarını qalxan edərək Allahın yolundan azdırdılar. Etdikləri necə də pisdir.
Munafiqun/63:3 Çünki onlar iman etdikdən sonra inkar etdilər. Buna görə qəlbləri möhürləndi; Onlar anlamazlar.

Nisa/4:51 Özlərinə kitabdan bir pay verilənləri görmürsənmi? Bütpərəstliyə və yanlış doktrinalara inanırlar və inkar edənlər üçün, "Bunlar, iman edənlərdən daha doğru yoldadır", deyirlər.
Nisa/4:60 Sənə və səndən öncə nazil edilənlərə iman etdiklərini iddia etdikləri halda azğınların və despotların qanunlarını tətbiq etmək istəyənləri görmürsənmi? Halbuki onu inkar etməklə əmr edilmişdilər; fəqət şeytan onları tamamilə azdırmaq istəyir.

Ali İmran/3:70 Ey kitab əhli! Şahid olduğunuz halda, nə üçün Allahın ayələrini inkar edirsiniz?
Ali İmran/3:71 Kitab əhli! Nə üçün doğru ilə yanlışı bir-birinə qarışdırır və bilə-bilə gerçəyi gizləyirsiniz?
Ali İmran/3:72 Kitab əhlindən bir qrup dedi ki: “İman edənlərə nazil edilənə günün əvvəlində iman edin və sonunda inkar edin. Beləcə bəlkə dinlərindən dönərlər."

Bəqərə/2:135 “Yəhudi və ya Xristian olun ki, doğru yolu tapa biləsiniz," - dedilər. De ki: "Xeyr, biz İbrahimin Təkallahlı dininə tabe olarıq. O, ortaq qoşanlardan olmadı."
Bəqərə/2:140 İbrahimin, İsmailin, İshaqın, Yəqubun və nəvələrinin Yəhudi və ya Xristian olduğunumu iddia edirsiniz? De ki: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah?” Allahın bildirdiyini gizləyəndən daha zalım kim ola bilər? Allah etdiklərinizdən qafil deyil."

Ali İmran/3:65 Ey Kitab əhli! Nə üçün İbrahim haqqında mübahisə edirsiniz? Halbuki Tövrat da, İncil də ondan sonra nazil edildi. Ağlınızı işlətməyəcəksiniz?
Ali İmran/3:66 Məlumat sahibi olduğunuz mövzularda mübahisə edirsiniz! Bəs haqqında heç bir məlumata sahib olmadığınız bir mövzuda necə mübahisə edə bilirsiniz? Siz bilməyə bilərsiniz; amma Allah bilir.
Ali İmran/3:67 İbrahim nə Yəhudi idi, nə də Xristian; Təkallahlı (hənif) bir müsəlmandı. Heç bir zaman ortaq qoşanlardan olmadı.
Ali İmran/3:68 İnsanların İbrahimə ən yaxın olanları, onun ardınca gedənlər, bu Peyğəmbər və iman edənlərdir. Allah iman edənlərin Hökmdarı və Dostudur.
Ali İmran/3:69 Kitab əhlindən bir qrup sizi yoldan çıxartmaq istəyər. Onlar sadəcə özlərini yoldan çıxardır. Fərqində belə deyillər.
Ali İmran/3:78 Onların bəzisi, kitabda olmayanı kitabdan sanasınız deyə dillərini bükərək kitaba bənzətməyə çalışır və Allah qatından olmadığı halda, "Bu, Allah qatındandır," - deyərlər. Bilə-bilə, Allahın adına yalan danışarlar.
Ali İmran/3:100 Ey iman edənlər! Kitab əhlindən bir qisminə tabe olarsanız, iman etmənizdən sonra sizi inkarçılığa döndərərlər.
Ali İmran/3:101 Allahın ayələri sizə oxunduğu və Onun elçisi aranızda olduğu halda, necə olur ki, inkar edirsiniz? Kim Allaha sarılarsa, ən doğru yola yönəldilmişdir.

Nisa/4:44 Özlərinə kitabdan bir pay verilənlərin, azğınlığı satın aldıqlarını və sizin də yolunuzu azmağınızı istədiklərini görmürsənmi?