Şura - 42:14
Onlara bilgi yetişdikdən sonra sırf aralarındakı paxıllıq ucbatından, ayrılığa (ixtilafa) düşdülər. Bəlli bir zaman üçün Rəbbinin verilmiş bir sözü olmasaydı, onların arasında dərhal hökm verilərdi. Onlardan sonra Kitaba varis olanlar da ondan şəkk və şübhə içindədirlər.
Saat (dünyanın sonu) qəfil gələcəkdir:
Zuxruf/43:67
Müttəqilərdən başqa, o gün yaxın dostlar bir-birlərinə düşmən kəsiləcək.
Zuxruf/43:66
Onlar, fərqində deyilkən, Saatın onlara qəflətən gəlməsinimi gözləyirlər?
Zumər/39:55
O əzab gözləmədiyiniz anda sizi qəflətən yaxalamamışdan öncə, Rəbbiniz tərəfindən sizə endirilən ən gözələ tabe olun.
Ənkəbut/29:53
Əzabı gətirməyin üçün sənə meydan oxuyurlar! Müəyyən etdiyimiz bir zaman olmasaydı, o əzab onlara gələcəkdi. Onlara qəflətən, xəbərləri olmadan gələcəkdir.
Şuəra/26:202
Onlara qəflətən, gözləmədikləri bir anda gələcəkdir.
Həcc/22:55
İnkar edənlər isə, Saat (dünyanın sonu) onlara qəflətən gəlincəyə qədər, yaxud o müdhiş günün cəzası onlara çatıncaya qədər daim ondan şübhə duyacaqlar.
Şuəra/26:201
Ağrılı-acılı əzabı görüncəyə qədər, ona iman etməzlər.
Ənbiya/21:40
Həqiqətən, onlara qəflətən gələcək və onları heyrətə salacaqdır. Nə onu geri çevirməyə gücləri yetər, nə də onlara möhlət verilər.
Ənbiya/21:39
İnkar edənlər, üzlərindən və arxalarından atəşi uzaqlaşdıra bilməyəcəkləri və yardım da görə bilməyəcəkləri anı bir bilsəydilər.
Qamər/54:50
Əmrimiz göz qırpması kimi anidir.
Yusuf/12:107
Onlar, Allah tərəfindən bürüyən (mühasirəyə alan) bir əzabın onlara yetişməsindən, yaxud dünyanın sonunun (Saat) qəflətən onlara gəlməsindən arxayınmı oldular?
Mulk/67:16
Yoxsa, sizi, qəfildən titrəməyə başlayacaq olan yerin dibinə batırmayacağına dair göydəkindən əminlikmi aldınız?
Əraf/7:187
Səndən o saatın (dünyanın sonunun) nə zaman gələcəyini soruşurlar. "Onun bilgisi Rəbbimin yanındadır," de. Onu vaxtı gəlincə Ondan başqası ortaya çıxarmaz. Göylərə və yerə ağır gələn o saat sizə qəflətən gələcəkdir. Sanki ondan xəbərdarsanmış kimi səndən soruşurlar. "Onun bilgisi Allahın yanındadır," de. Fəqət insanların çoxu bilməz.
Ənam/6:47
De: "Allahın əzabı sizə qəflətən və ya xəbərdarlıqdan sonra gəlsə... Zalım cəmiyyətdən başqası məhv edilərmi?"
Ənam/6:31
Zərərə uğrayanlar, Allah ilə qarşılaşmağı yalanlayanlardır. O an (dünyanın sonu) onları qəflətən haqladıqda onlar öz günah yüklərini bellərində daşıyaraq, "Oradakı həyatımızı boşa sərf etdiyimizə görə vay halımıza," deyəcəklər. Yükləndikləri şey necə də pisdir!
Muhəmməd/47:18
Saatın onlara qəflətən gəlməsinimi gözləyirlər? Şübhəsiz onun əlamətləri gəlmişdir. Onlara gəlib çatınca onlara gələn mesajın nə faydası olur?
Naziat/79:34
Böyük basqın (fəlakət) gəldiyi zaman,
Yusuf/12:107
Onlar, Allah tərəfindən bürüyən (mühasirəyə alan) bir əzabın onlara yetişməsindən, yaxud dünyanın sonunun (Saat) qəflətən onlara gəlməsindən arxayınmı oldular?