Şura - 42:15
Sən buna dəvət et və sənə əmr edildiyi kimi ən doğru (şəkildə) tətbiq et. Onların arzularına uyma və de ki, "Allahın mənə nazil etdiyi kitaba iman etdim. Sizin aranızda ədalətlə davranmaqla əmr olundum. Allah bizim də Rəbbimiz, sizin də Rəbbinizdir. Bizim işlədiklərimiz bizə, sizin işlədikləriniz isə sizə aiddir. Bizimlə sizin aranızda heç bir mübahisə yoxdur. Bizi Allah bir araya gətirəcəkdir. Axırda dönüş Onadır.
"Sizin aranızda ədalətlə davranmaqla əmr olundum." - Məqsəd: Hökm verərkən kitab (Quran) ilə ver.
Bəqərə/2:213
İnsanlar tək bir topluluq idi. Allah peyğəmbərləri müjdələyici və xəbərdar edici olaraq göndərdi. Və ixtilafa düşdükləri mövzularda insanların arasında hökm etmələri üçün onlarla birlikdə gerçəyi əhatə edən kitabı nazil etdi. Halbuki kitab verilənlər onlara açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı qısqanclıqdan ötrü onun haqqında ixtilafa düşdülər. Fəqət Allah, izni ilə iman edənləri onların ixtilafa düşdüyü gerçəyə yetişdirdi. Allah istədiyini/istəyəni doğru yola yönəldir.
Nisa/4:105
İnsanlar arasında Allahın sənə göstərdiyi kimi hökm verəsən deyə, Biz sənə gerçəyi ehtiva edən kitabı nazil etdik. Xainləri müdafiə edənlərdən olma.
Maidə/5:48
Özündən öncəki kitabları təsdiqləyən, onların yerinə keçən bu kitabı, gerçəklərlə əhatə olunmuş olaraq sənə nazil etdik. Allahın sənə nazil etdiyi ilə aralarında hökm ver. Sənə gələn gerçəkləri buraxıb onların həvəsinə uyma. Hər biriniz üçün bir qanun və üsul müəyyən etdik. Allah istəsəydi hamınızı tək bir camaat edərdi. Ancaq, sizə verdikləriylə sizi sınayır. Yaxşılıq etməkdə yarışın. Hamınızın dönüşü Allahadır. Ayrılığa (ixtilafa) düşdüyünüz mövzuları sizə bildirəcək.
Maidə/5:44
İçində hidayət və nur olan, Tövratı Biz nazil etdik. Müsəlman peyğəmbərlər onunla Yəhudilər arasında hökm verirdilər. Xaxamlar və din bilənləri də Allahın kitabından əmr edildikləri şeylərlə hökm verirlər və ona görə şahid olurdular. İnsanları ucaltmayın, Məni ucaldın və ayələrimi ucuz bir qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər inkar edəndir.
Maidə/5:47
İncil əhli Allahın onda nazil etdiyi ilə hökm versin. Kim Allahın nazil etdiyi ilə hökm verməzsə məhz onlar yoldan çıxanlardır.
Sad/38:26
Ey Davud, Biz səni yer üzündə rəhbər etdik. İnsanlar arasında ədalətlə hökm ver, həvəsinə və hisslərinə qapılma, sonra səni Allahın yolundan azdırar. Allahın yolundan azanlara, Hesab Gününü unutduqları üçün çətin bir cəza vardır.