Şura - 42:15 Sən buna dəvət et və sənə əmr edildiyi kimi ən doğru (şəkildə) tətbiq et. Onların arzularına uyma və de ki, "Allahın mənə nazil etdiyi kitaba iman etdim. Sizin aranızda ədalətlə davranmaqla əmr olundum. Allah bizim də Rəbbimiz, sizin də Rəbbinizdir. Bizim işlədiklərimiz bizə, sizin işlədikləriniz isə sizə aiddir. Bizimlə sizin aranızda heç bir mübahisə yoxdur. Bizi Allah bir araya gətirəcəkdir. Axırda dönüş Onadır.
"Bizim işlədiklərimiz bizə, sizin işlədikləriniz isə sizə aiddir. Bizimlə sizin aranızda hər hansısa bir münaqişə yoxdur.": Əlaqəli
Bəqərə/2:139 De: “Bizimlə Allah haqqındamı mübahisə edirsiniz? Halbuki O, bizim də Rəbbimiz, sizin də Rəbbinizdir. Biz etdiklərimizə, siz də etdiklərinizə cavabdehsiniz. Biz özümüzü sadəcə Ona həsr etdik."

Şura/42:15 Sən buna dəvət et və sənə əmr edildiyi kimi ən doğru (şəkildə) tətbiq et. Onların arzularına uyma və de ki, "Allahın mənə nazil etdiyi kitaba iman etdim. Sizin aranızda ədalətlə davranmaqla əmr olundum. Allah bizim də Rəbbimiz, sizin də Rəbbinizdir. Bizim işlədiklərimiz bizə, sizin işlədikləriniz isə sizə aiddir. Bizimlə sizin aranızda heç bir mübahisə yoxdur. Bizi Allah bir araya gətirəcəkdir. Axırda dönüş Onadır.

Bəqərə/2:141 Bax onlar bir camaat idi; gəlib keçdilər. Onların qazandıqları özlərinin, sizin qazandıqlarınız sizindir. Siz onların etdiklərindən sorğu-sual olunmayacaqsınız.

Səba/34:24 De ki, "Sizin üçün göylərdən və yerdən kim qida təmin edir?" De ki, "Allah!" Elə isə biz və ya siz, ya doğru yoldadır, ya da açıq-aydın bir azğınlıq içindədir."
Səba/34:25 De ki, "Bizim günahlarımızdan siz məsul deyilsiniz, biz də sizin etdiklərinizdən məsul deyilik."

Bəqərə/2:134 Bu keçmişdəki bir camaatdır. Onların qazandıqları onların, sizin qazandıqlarınız sizindir. Siz onların etdiklərindən məsuliyyətli tutulmayacaqsınız.

Ənam/6:52 Səhər-axşam Rəblərinə yalvarıb sadəcə Onun razılığını arzulayanları qovma. Onların hesabından sən məsul deyilsən. Sənin hesabından da onlar məsul deyil. Onları qovsan zalım olarsan.

Yunus/10:41 Səni yalanlayarlarsa de ki: "Mənim etdiyim mənə, sizin etdiyiniz isə sizə (aiddir)! Siz mənim etdiyimdən məsul deyilsiniz, mən də sizin etdiyinizdən məsul deyiləm."