Şura - 42:23 Allah, iman edib müttəqi davranan qullarını belə müjdələyir. De ki, "Mən sizdən, əqrəbalıq sevgisindən başqa hər hansısa bir ücrət istəmirəm." Kim bir yaxşılıq işləyərsə, onun yaxşılığını artırarıq. Allah Bağışlayandır, Təqdir Edəndir.
"Allah yaxşılıq edənlərin yaxşılığını artırar.": Məqsəd nədir?
Ali İmran/3:195 Rəbləri onlara cavab verdi: "Mən, sizdən heç bir çalışanın etdiyini mükafatsız buraxmaram, istər kişi olsun, istər qadın olsun; hamınız eynisiniz. Köç (hicrət) edənlər, öz yurdlarından çıxarılanlar, yolumda işgəncə və həqarətə məruz qalanlar, vuruşanlar və öldürülənlər... Onların pisliklərini örtəcəyəm və onları içlərində çaylar axan bağçalara yerləşdirəcəyəm. Allahdan bir qarşılıq olaraq... Ən gözəl qarşılıq Allahın yanındadır.”

Məryəm/19:76 Allah, doğru yolu seçənlərin hidayətini artırır. Müttəqi işlər, Rəbbinin qatında əbədi olaraq ən yaxşı mükafata və ən yaxşı aqibətə layiqdir.

Bəqərə/2:262 Paralarını (pullarını) Allah yolunda xərclədikdən sonra yaxşılıqlarını minnət qoyub əziyyət etməyənlər üçün Rəbləri qatında mükafatları vardır. Onlara qorxu və üzüntü yoxdur.
Bəqərə/2:261 Paralarını (pullarını) Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istəyənə qat-qat artıraraq verir. Allah Comərddir, Biləndir.

Ənam/6:160 Kim yaxşılıq gətirərsə, ona gətirdiyinin on qatı vardır. Kim pislik gətirərsə, ancaq gətirdiyinin misli ilə cəzalandırılar və onlara haqsızlıq edilməz.

Ənbiya/21:94 Kim inanclı olaraq müttəqi işlər görərsə, onun bu cəhdi boşa getməyəcəkdir; Biz sürəkli olaraq qeyd etməkdəyik.

Hud/11:114 Gündüzün iki ucunda, gecənin yaxın qismində namazı qoru! Yaxşılıqlar pislikləri silib götürər. Bu, öyüd alanlara bir öyüddür.

Ənkəbut/29:7 İman edib müttəqi davrananların pisliklərini əlbəttə örtəcəyik və etdiklərinin daha yaxşısı ilə onları mükafatlandıracağıq.

Hədid/57:18 Sədəqə verən kişilər və qadınlar, Allaha gözəl bir borc vermişdirlər. Onlara qat-qat ödənər və onlar comərd bir mükafata layiqdirlər.

Muzzəmmil/73:20 Rəbbin, sənin və yoldaşlarından bir qrupun, gecənin üçdə ikisindən az, yarısında və üçdə birində qalxdığını bilir. Gecənin və gündüzün miqdarını Allah təyin edər. O, sizin bunu edə bilməyəcəyinizi bildiyi üçün sizi əfv etmişdir. Elə isə Qurandan sizə asan gəldiyi qədər oxuyun. Aranızda xəstələr, yer üzündə Allahın lütfündən ruzi axtaranlar və Allah yolunda savaşanlar olduğunu bilməkdədir. Ondan sizə asan gəldiyi qədər oxuyun. Namazı qoruyun, zəkatı verin və gözəl davranmaq yolu ilə Allaha bir borc verin. Özünüz üçün etdiyiniz hər yaxşılığı, Allah qatında daha yaxşı və daha böyük bir mükafat olaraq görəcəksiniz. Allahdan bağışlanma diləyin; Allah Bağışlayandır, Rəhmlidir.

Qasas/28:84 Kim yaxşılıqla gələrsə, ona ondan daha yaxşısı veriləcəkdir. Kim pislik ilə gələrsə, o pislikləri işləyənlərə ancaq etdikləri qədər bir qarşılıq veriləcəkdir.

Bəqərə/2:158 Səfa və Mərvə (təpələri) Allahın işarələrindəndir. Həcc və ya ziyarət (ümrə) üçün Evə gələn birisi o ikisi arasında gedib-gələ bilər. Kim könüldən bir yaxşılıq edərsə, Allah təşəkkürə qarşılıq verəndir, Biləndir.
Bəqərə/2:197 Həcc, bilinən aylarda yerinə yetirilməlidir. Kim o aylarda həccə qərar vermişsə, bilsin ki, həcdə cinsi əlaqə, pislik etmək, mübahisə etmək yoxdur. Etdiyiniz hər yaxşılığı Allah bilir. Yol üçün azuqənizi hazırlayarkən, ən xeyirli azuqənin müttəqilik olduğunu unutmayın. Dərrakə sahibləri! Məni dinləyin.
Bəqərə/2:272 Onları doğruya yönəltmək sənə aid deyildir. Ancaq Allah istədiyini doğruya yönəldir. Möhtaclara etdiyiniz hər yaxşılıq özünüz üçün faydalıdır. Yardımlarınız yalnız Allah üçün olmalıdır. Etdiyiniz hər yaxşılığın qarşılığı sizə tam ödənəcəkdir. Haqsızlığa uğradılmayacaqsınız.

Ali İmran/3:30 Gün gələcək, hər kəs etdiyi hər yaxşılığı önündə hazır görəcək. İşlədiyi hər pislik ilə özü arasında uzun bir məsafə olmasını istəyəcək. Allah Özü haqqında sizə xəbərdarlıq edir. Allah qullara şəfqətlidir.
Ali İmran/3:115 Etdikləri heç bir yaxşılıq qarşılıqsız qalmayacaqdır. Allah müttəqiləri çox yaxşı bilir.

Hud/11:115 Səbr et, əlbəttə Allah, gözəl davrananları mükafatsız buraxmaz.

Nəhl/16:96 Sizin yanınızda olanlar bitər; ancaq Allahın yanındakılar isə daimidir. Çətinliklərə qarşı müqavimət göstərənlərin mükafatlarını, etdikləri yaxşılıqlara uyğun olaraq əlbəttə verəcəyik.

Nəml/27:11 "Ancaq kim zülm edərsə, sonra günahlarını buraxıb yaxşılıq edərsə, ona qarşı Mən Bağışlayıcıyam, Rəhmliyəm!"

Rahmən/55:60 Yaxşılığın qarşılığı, yalnız yaxşılıq deyildirmi?