Şura - 42:23
Allah, iman edib müttəqi davranan qullarını belə müjdələyir. De ki, "Mən sizdən, əqrəbalıq sevgisindən başqa hər hansısa bir ücrət istəmirəm." Kim bir yaxşılıq işləyərsə, onun yaxşılığını artırarıq. Allah Bağışlayandır, Təqdir Edəndir.
"Ücrət istəmirəm.": Məqsəd nədir?
Sad/38:86
De ki, "Buna qarşılıq olaraq sizdən bir ücrət istəmirəm. Mən bir saxtakar deyiləm."
Tovbə/9:34
Ey iman edənlər, din bilənlərin və din adamlarının çoxu insanların pulunu nahaq yerə yeyərlər və Allahın yolundan azdırırlar. Qızıl və gümüşü yığıb Allah yolunda xərcləməyənlərə ağrılı-acılı bir əzab müjdələ.
Tur/52:40
Yoxsa sən onlardan bir ücrət istəyirsən, bu da onlara ağır bir borc yükləyir?