Şura - 42:29
Göyləri və yeri yaradıb onlarda müxtəlif məxluqlar yayması Onun işarələrindəndir. O, istədiyi zaman onları toplaya bilir.
"Göyləri və yeri yaradıb onlarda müxtəlif məxluqat yayması.": Əlaqəli
Şura/42:29
Göyləri və yeri yaradıb onlarda müxtəlif məxluqlar yayması Onun işarələrindəndir. O, istədiyi zaman onları toplaya bilir.
Nəhl/16:49
Göylərdə və yerdə olan bütün məxluqlar və mələklər Allaha səcdə edərlər və təkəbbür göstərməzlər.
Zəriyət/51:56
Cinləri və insanları ancaq Mənə qulluq etmələri üçün yaratdım.
İsra/17:70
Adəm oğullarına şərəf verdik. Onları quruda və dənizdə daşıdıq. Onları gözəl nemətlərlə bəslədik. Yaratdıqlarımızın bir çoxundan xeyli üstün etdik.