Şura - 42:29
Göyləri və yeri yaradıb onlarda müxtəlif məxluqlar yayması Onun işarələrindəndir. O, istədiyi zaman onları toplaya bilir.
Göyləri və yeri yaradıb onlarda müxtəlif məxluqlar yayması, bunların təkrar yaradılacağına və dolayısı ilə yenidən dirilməyə işarədir:
İbrahim/14:48
Yerin başqa bir yer ilə, göylərin də başqa göylərlə dəyişdirildiyi, hər kəsin Tək və Ən Uca olan Allahın hüzuruna gətirildiyi gün...
İsra/17:99
Göyləri və yeri yaradan Allahın, onların bir bənzərini təkrar yaratmağa qadir olduğunu düşünmürlərmi? Həqiqətən, (Allah) onlar üçün bəlli və qəti bir vaxt qoymuşdur. Zalımlar hələ də inkar edirlər.
Kəhf/18:47
Dağları silib götürdüyümüz və yeri çılpaq buraxdığımız gün onları toplayarıq; bir dənəsini belə buraxmadan.
Ta ha/20:105
Səndən dağları soruşarlar. De ki, "Rəbbim onları ovxalayıb sovuracaq."
Ta ha/20:106
"Yerlərini dümdüz, bomboş edəcəkdir."
Ta ha/20:107
"Orada nə xırda bir əyrilik, nə də kiçik bir təpə görəcəksən."
Ənbiya/21:104
O gün göyü sənədlərin büküldüyü kimi qatlayar. Yaradılışın ilk vəziyyətini necə başlatmışıqsa ona çevirərik. Üzərimizə söz; Biz mütləq gerçəkləşdirərik.
Ya sin/36:81
Göyləri və yeri yaradan onların bənzərini yaratmağa güc yetirə bilməzmi? Gerçəkdən O, Yaradandır, Biləndir.