Şura - 42:31 Siz bunu əngəlləyə bilməzsiniz yer üzündə. Sizin üçün Allahdan başqa nə bir sahib, nə də bir yardımçı yoxdur.
Etdiklərindən / günahlarından dolayı cəzalandıracaq olsa, qəbul etdikləri tanrıların bir faydası olmaz:
Nuh/71:23 Dedilər ki, "Tanrılarınızı tərk etməyin. Nə Vəddi, nə Suvaı, nə Yəğusu, Yəuqu və Nəsri buraxmayın."
Nuh/71:24 "Çox insanı yoldan çıxartdılar. Elə isə, sən də zalımların (özlərinə zülm edənlərin) şaşqınlığını artır."
Nuh/71:25 Günahlarına görə boğuldular və atəşə daxil edildilər. Özlərinə Allahdan başqa yardımçı da tapa bilmədilər.

Hud/11:19 Onlar ki, Allahın yolundan uzaqlaşdırarlar və onu əyri göstərmək istəyərlər. Onlar axirəti də inkar edərlər.
Hud/11:20 Onlar, yer üzündə qaçıb qurtula bilməzlər və Allahdan başqa dost və sahibləri yoxdur. Onlara əzab qat-qat artırılar. Çünki onlar eşidə bilmədilər, görə bilmədilər.

Ənkəbut/29:39 Qarun, Firon və Hamanı da... Musa onlara açıq-aşkar dəlillərlə getmişdi; ancaq onlar yer üzündə təkəbbür göstərdilər. Qaçıb qurtula bilmədilər.

Qasas/28:81 Onu evi ilə birlikdə yerin dibinə batırdıq. Allahdan başqa ona yardım edə biləcək bir dəstəsi yoxdu; qazananlardan olmadı.

Ya sin/36:43 İstəsəydik onları boğardıq; nə bir çığlıqlarına yetişən olardı, nə də qurtula bilərdilər.

Şura/42:31 Siz bunu əngəlləyə bilməzsiniz yer üzündə. Sizin üçün Allahdan başqa nə bir sahib, nə də bir yardımçı yoxdur.

Əhqaf/46:32 Allaha (tərəf) çağırana cavab verməyənlər yer üzündə (Allahdan) qaça bilməz. Onların Ona qarşı dostları da olmaz. Onlar açıq-aşkar bir azğınlıq içindədirlər.

Qaf/50:36 Onlardan öncə, onlardan daha güclü neçə-neçə nəsilləri məhv etmişdik. Ölkə-ölkə gəzib-dolaşmışdılar; qurtuluşu varmı?