Şura - 42:37 Onlar ki, böyük günahlardan, çirkin işlərdən çəkinirlər və qəzəbləndikləri zaman bağışlayarlar.
Böyük günahlardan, çirkin işlərdən çəkinərlər: Nümunə
Maidə/5:27 Onlara Adəmin iki oğlunun hadisəsini doğru anlat. Hərəsi bir qurban nəzir etmişdilər və birindən qəbul edilmiş, digərindən edilməmişdi. "Səni öldürəcəyəm!" - dedi. "Allah ancaq müttəqi olanlardan qəbul edər," dedi.
Maidə/5:28 "Məni öldürmək üçün əlini mənə uzadırsan, səni öldürmək üçün mən əlimi sənə uzatmayacağam. Mən, bütün yaradılmışların sahibi olan Allahdan qorxuram."
Maidə/5:106 Ey iman edənlər! Birinizə ölüm yaxınlaşdığı vaxt, aranızdan iki ədalətli şahid tanıq olsun. Yolçuluq (səfər) anında sizə ölüm gələrsə, sizdən olmayan iki şəxs... Şübhələnirsinizsə, namazdan sonra şahidləri saxlayıb Allah adıyla: "Əqrəba belə olsa, şahidliyimizi heç bir dəyərlə dəyişdirməyəcəyik, Allahın şahidliyini gizləməyəcəyik. Əks təqdirdə, günahkarlardan olarıq," deyə and içdirin.

Əraf/7:88 Xalqının təkəbbürlü öncüləri, "Şueyb, ya səni və səninlə bərabər iman edənləri şəhərimizdən sürgün edəcəyik, ya da dinimizə geri dönərsiniz!" dedilər. O da belə dedi: "Biz istəməsək də, eləmi?"
Əraf/7:89 "Allah bizi sizin dininizdən qurtardıqdan sonra ona dönərsək, Allaha yalan isnad etmiş olarıq. Rəbbimiz Allah istəmədikcə ona təkrar dönməyimiz mümkün olan şey deyil. Rəbbimiz hər şeyi bilgisi ilə əhatə etmişdir. Biz yalnız Allaha güvəndik. Bizimlə xalqımızın arasını haqq ilə aç ey Rəbbimiz. Sən açığa çıxaranların ən xeyirlisisən."

Yusuf/12:23 Evində olduğu qadın onu başdan çıxarmaq istədi, qapıları bağladı və: "Tamamilə sənə aidəm," dedi. Dedi ki: "Allaha sığınıram. O mənim rəbbimdir (ağamdır), (ona görə) ki mənə yaxşı bir yer verdi. Zalımlar uğur qazanmaz."
Yusuf/12:32 (Qadın:) "Bax siz məni bunun üçün günahlandırmışdınız. Onu başdan çıxarmaq istədim, ancaq (iffətini) qoruyub məni rədd etdi. Ona əmr etdiyimi etməzsə həbsxanaya atılacaq və alçaldılacaqdır," dedi.
Yusuf/12:33 (Yusuf:) "Rəbbim, həbsxana, onların məni çağırdığı şeydən daha yaxşıdır. Planlarını məndən dəf etməsən, onlara meyl edib cahillərdən olaram," dedi.
Yusuf/12:38 "Mən, atalarım İbrahim, İshaq və Yəqubun dininə tabe oldum. Allaha hər hansısa bir şeyi ortaq qoşmaq bizə yaraşmaz. Bu, Allahın bizə və insanlara olan lütfüdür. Ancaq insanların çoxu şükür etməz."

Kəhf/18:14 Qalxdıqlarında qəlblərini sağlamlaşdırmışdıq. "Rəbbimiz, göylərin və yerin Rəbbidir. Ondan başqa tanrı qəbul etməyəcəyik. Yoxsa, yanlış söz söyləmiş olarıq."

Nəml/27:32 "Ey əyanlarım, bu işdə mənə bir fikir deyin. Siz yanımda olmadıqca bir işdə qərar vermərəm," dedi.
Nəml/27:33 "Biz güclüyük, bacarıqlı savaşçılarıq və son qərar sənə aiddir. Qərarını yerinə yetir," dedilər.
Nəml/27:34 (Qadın lider) dedi ki, "Krallar girdikləri ölkələri viran qoyarlar və onların şərəfli xalqını alçaldarlar. Bu cür davranırlar."
Nəml/27:35 "Onlara bir ərməğan (hədiyyə) göndərəcəyəm ki, görüm elçilər necə bir reaksiya ilə dönəcəklər."