Şura - 42:40 Pisliyin cəzası, özü kimi bir pislikdir; Ancaq kim əfv edər və müttəqi davranarsa, Allah tərəfindən mükafatlandırılar. O, zalımları sevməz.
İman edənlər əfv edəndir:
Fussilət/41:34 Yaxşılıq ilə pislik eyni olmaz. Sən ən yaxşı bir şəkildə qarşılıq ver. O zaman, aranızda düşmənçilik olan adam, bəlkə ən yaxşı dostun olar.
Fussilət/41:35 Bu vəziyyətə ancaq müqavimət göstərənlər çatdırılar. Bu vəziyyətə ancaq olduqca şanslı olanlar yetişdirilər.

Rad/13:22 Və onlar ki, müqavimət göstərərlər, sadəcə Rəblərinin razılığını qazanmaq üçün, namazı qoruyarlar, onlara verdiyimiz ruzilərdən gizli və aşkar yardım üçün xərcləyərlər və pisliyi yaxşılıq ilə dəf edərlər. Son dayanacağa onlar layiqdirlər.

Furqan/25:63 Rəhmanın qulları elə kimsələrdir ki, yer üzündə təvazökarlıqla gəzərlər. Cahillər onlara xoşagəlməz bir söz atınca da barış təklif edərlər.

Şura/42:40 Pisliyin cəzası, özü kimi bir pislikdir; Ancaq kim əfv edər və müttəqi davranarsa, Allah tərəfindən mükafatlandırılar. O, zalımları sevməz.
Şura/42:41 Haqsızlığa uğradıqdan sonra haqları üçün müqavimət göstərənlər qınanmazlar, cəzalandırılmazlar.
Şura/42:42 Ancaq, insanlara zülm edənlərə və yer üzündə haqsız yerə hücum edənlərə qarşı müqvimət göstərmək lazımdır. Onlara ağrılı-acılı bir əzab vardır.
Şura/42:43 Səbr edib bağışlamaq, sağlam bir xarakteri göstərir.

Muminun/23:96 Pisliyə yaxşılıqla qarşılıq ver. Biz onların iddialarını yaxşı bilirik.

Nəhl/16:126 Qarşılıq verəcəksinizsə, sizə verilən qarşılığın bir bənzəriylə qarşılıq verin. Səbr edərsinizsə, əlbəttə bu səbr edənlər üçün daha xeyirlidir.

Maidə/5:45 Orada onlara: Cana can, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş və yaralara ödəşməni əmr etdik. Kim bu haqqından imtina edərsə, günahlarını örtər. Allahın nazil etdiyi ilə hökm verməyənlər zalımdır.

Əraf/7:199 Əfv edici ol, tolerantlığı öyüd-nəsihət et və cahillərə əhəmiyyət vermə.