Şura - 42:45
Alçalmış və başları əyilmiş olaraq atəşə göndərilərlərkən göz ucu ilə çevrələrinə baxdıqlarını görərsən. İman edənlər, "Gerçək itkiyə məruz qalanlar, Dirilmə Günündə özlərini və ailələrini itirənlərdir. Zalımlar sürəkli bir əzaba məhkum olmuşdur," deyərlər.
Cəhənnəmdə əbədi qalacaqlar:
Hud/11:106
Bədbəxtlər atəşdədir. Onlar orada sızlayıb inləyərlər.
Hud/11:107
Göylər və yer durduğu müddətcə orada qalacaqlar; ancaq Rəbbin istəyərsə başqa. Rəbbin, İstədiyini Edəndir.
İbrahim/14:17
Onu udmağa çalışar, amma boğazından keçirə bilməz. Ölüm ona hər yandan gələr, amma ölə bilməyəcək. Ardından da çətin bir əzab gələcəkdir.
Fatir/35:36
İnkar edənlər üçün cəhənnəm atəşi vardır. Nə ölmələrinə izin verilər, nə də onlardan cəhənnəm cəzası yüngülləşdirilər. Nankorları belə cəzalandırırıq.
Zuxruf/43:77
"Ey Malik, artıq Rəbbin bizim işimizi bitirsin," deyə səslənərlər. O da, "Siz belə qalacaqsınız," deyər.