Şura - 42:7
Paytaxt (Ana şəhər) və çevrəsini xəbərdar etməyin üçün və gerçəkləşəcək olan Toplanma Gününə qarşı xəbərdar etməyin üçün Biz qüsursuz bir dilə sahib olan bir Quranı beləcə sənə vəhy edirik. Onlardan bir qismi cənnətə, bir qismi də cəhənnəmə girəcəkdir.
İnsanların bir qismi cənnətə, bir qismi də cəhənnəmə girəcəkdir:
Əraf/7:11
Sizi yaratdıq, sonra sizə surət verdik, sonra mələklərə, "Adəmə səcdə edin!" – dedik. İblisdən başqa hamısı səcdə etdi; o, səcdə edənlərdən olmadı.
Əraf/7:12
(Allah) dedi: "Sənə əmr etdiyim zaman sənə səcdə etməyə nə mane oldu?" (İblis:) "Mən ondan daha yaxşıyam; Sən məni atəşdən yaratdın, onu isə palçıqdan yaratdın," dedi.
Əraf/7:13
(Allah:) "Oradan aşağı en," dedi. Orada təkəbbür göstərə bilməzsən. Rədd ol. Dəyərini itirdin!"
Əraf/7:14
(İblis:) "Diriləcəkləri günə qədər mənə möhlət ver," dedi.
Əraf/7:15
(Allah:) "Sənə möhlət verilmişdir," dedi.
Əraf/7:16
(İblis:) "Məni azdırmana qarşılıq olaraq, onlara görə Sənin ən doğru yolunun üzərində gizlicə oturacağam."
Əraf/7:17
"Sonra önlərindən, arxalarından, sağlarından və sollarından onlara (onların yanına) soxulacağam. Beləcə əksəriyyətini şükür edən görməyəcəksən."
Əraf/7:18
(Allah) dedi ki: "Mənfur və qovulmuş olaraq oradan çıx. Onlardan sənə tabe olanlara gəlincə, hamınızla cəhənnəmi dolduracağam."
Hud/11:118
Rəbbin istəsəydi, insanları vahid bir camaat edərdi. Fəqət onlar sürəkli olaraq (gerçəyi) mübahisə edəcəklər.
Hud/11:119
Rəbbinin acıdıqları xaric. Bunun üçündür ki, onları yaratdı. Rəbbinin sözü yerinə yetmişdir: "Cəhənnəmi cinlər və insanlarla, toplu halda dolduracağam."
Səcdə/32:13
İstəsəydik, hər kəsə hidayətini verərdik. Ancaq, cinlərin və insanların bir qismi ilə cəhənnəmi toplu şəkildə dolduracağıma dair sözüm gerçəkləşmişdir.
Sad/38:75
"Ey İblis, əllərimlə yaratdığıma səcdə etməkdən səni çəkindirən nədir? Təkəbbürmü göstərdin? Yoxsa üsyanmı etdin?" dedi.
Sad/38:76
"Mən ondan daha üstünəm. Məni atəşdən yaratdın, onu isə palçıqdan yaratdın," dedi.
Sad/38:77
"Çıx oradan. Sən qovuldun," dedi.
Sad/38:78
"Haqq-hesab Gününə qədər lənətimə layiqsən."
Sad/38:79
Dedi ki, "Rəbbim, diriləcəkləri günədək məni ertələ (təxirə sal)."
Sad/38:80
Dedi ki, "Sənə möhlət verilmişdir;"
Sad/38:81
"Məlum vaxtın gününə qədər."
Sad/38:82
Dedi ki, "Böyüklüyünə and olsun, hamısını azdıracağam."
Sad/38:83
"Ancaq onlardan özlərini sadəcə sənə həsr edən qulların xaric."
Sad/38:84
Dedi ki, "Bu gerçəkdir və Mən sadəcə gerçəyi söyləyirəm."
Sad/38:85
"Cəhənnəmi səninlə və onlardan sənin ardınca gedənlərlə kütləvi şəkildə dolduracağam."
Fussilət/41:25
Keçmişlərini və gələcəklərini onlara gözəl göstərən bəzi yoldaşları onlar üçün təyin etdik. Onlardan öncə gəlib-keçmiş cin və insan cəmiyyətləri üçün gerçəkləşən o söz, onlar üçün də keçərli oldu. Onlar ziyana uğramışlardır.
Vaqiə/56:1
Qaçılmaz hadisə gerçəkləşdiyi zaman,
Vaqiə/56:7
Sizlər də üç bölümə ayrılarsınız.
Vaqiə/56:8
Xoşbəxtlər nə qədər də xoşbəxtdirlər!
Vaqiə/56:9
Bədbəxtlər nə qədər də bədbəxtdirlər!
Vaqiə/56:10
Bir də irəli keçən öncü elitalar (seçilmişlər) vardır.
Vaqiə/56:11
Onlar (Tanrıya) yaxınlaşdırılanlardır.
Vaqiə/56:12
Nemət cənnətlərində (bağçalarında)...
Vaqiə/56:13
Onların böyük bir qismi öncəki nəsillərdən,
Yusuf/12:103
Nə qədər istəsən də, insanların əksəriyyəti iman etməyəcəkdir.
Yusuf/12:106
Onların da çoxu, ortaq qoşmadan Allaha iman etməz.