Şura - 42:7
Paytaxt (Ana şəhər) və çevrəsini xəbərdar etməyin üçün və gerçəkləşəcək olan Toplanma Gününə qarşı xəbərdar etməyin üçün Biz qüsursuz bir dilə sahib olan bir Quranı beləcə sənə vəhy edirik. Onlardan bir qismi cənnətə, bir qismi də cəhənnəmə girəcəkdir.
Qüsursuz bir (kitab):
Nisa/4:82
Quranı araşdırmırlarmı? Allahdan başqası tərəfindən olsaydı onda bir çox ziddiyyət tapacaqdılar.
İsra/17:88
De ki: "Bütün insanlar və cinlər bu Quranın bir bəzərini əmələ gətirmək məqsədi ilə toplansalar və bu mövzuda bir-birlərinə dəstək olsalar belə onun bir bənzərini əmələ gətirə bilməzlər."
Kəhf/18:1
Allaha tərif olsun, quluna kitabı nazil etmiş və onda heç bir əyriliyə yer verməmişdir.
Hud/11:13
"Onu (Quranı) o uydurdumu"- deyirlər? De ki: "Haydı ona bənzər, uydurulmuş on surə gətirin. Allahdan başqa bütün dostlarınızı da çağırın, doğru sözlülərsinizsə!"
Şuəra/26:210
Onu şeytanlar nazil etməmişdir.
Şuəra/26:211
Onlar bunu nə edərlər, nə də bacararlar.
Zumər/39:23
Allah sözün ən gözəlini endirdi, tutarlı və ikişərli bir kitab halında. Rəblərinə sayğı göstərənlərin dəriləri ondan dolayı ürpərər. Sonra dəriləri və qəlbləri Allahın mesajına qarşı yumşalar. Bu, Allahın yol göstərməsidir; istədiyini və/və ya istəyəni ona yetişdirər. Allahın azdırdığı bir kimsəyə rəhbər tapılmaz.
Muddəssir/74:30
Üzərində on doqquz vardır.
Bəqərə/2:23
Qulumuza nazil etdiyimizə şübhə edirsinizsə, buna bənzər bir surə gətirin. Doğru sözlüsünüzsə, Allahdan başqa bütün şahidlərinizi də yardıma çağırın.
Bəqərə/2:24
Bunu edə bilməsəniz, – əsla edə bilməyəcəksiniz – o təqdirdə inkarçılar üçün hazırlanan və yanacağı insanlar ilə daşlar olan atəşdən çəkinin.