Zuxruf - 43:12 O ki, bütün cütləri yaratdı və minəsiniz deyə sizin üçün gəmilər və kənd təsərrüfatı heyvanları yaratdı.
Minəsiniz deyə sizin üçün gəmilər yaratdı:
İsra/17:66 Rəbbiniz, nemətlərini axtarmağınız üçün gəmiləri okeanlarda üzdürəndir. O sizə qarşı Rəhmlidir.

Həcc/22:65 Allahın yerdəki şeyləri və əmri ilə dənizdə axıb gedən gəmiləri xidmətinizə verdiyini və göyü, izni olmadan yerin üzərinə düşməkdən qoruduğunu görmürsənmi? Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidir.

Casiyə/45:12 Lütfündən payınızı axtarmağınız və şükür etməyiniz üçün gəmiləri əmri ilə sürməyinizə uyğun olaraq dənizi əmriniz altına verən Allahdır.

Yunus/10:22 Sizi quruda və dənizdə hərəkət etdirən Odur. (Düşünün ki) gəmidəsiniz... Xoş bir küləklə yolçuları (sərnişinləri) alıb apardığı zaman gəmidən məmnundurlar. Qəfildən şiddətli bir fırtınaya yaxalanırlar. Hər tərəfdən gələn dalğaların arasında tamamilə mühasirəyə alındıqlarını sandıqları an, dini sadəcə Allaha aid edərək, "Bizi bundan qurtararsan şükür edənlərdən olacağıq," deyə yalvarırlar.

Şura/42:32 Okeanda dağlar kimi axıb gedən gəmilər də Onun ayələrindəndir.
Şura/42:33 İstəyərsə küləkləri durdurar və onlar suyun üzərində hərəkətsiz qalardı. Bunda, hər səbr edən və şükür edən kimsə üçün ibrətlər vardır.

Rum/30:46 Sizə rəhmətini daddırmaq, əmri ilə gəmiləri üzdürməsi, lütfünü (ticarət yolu ilə) aramanız və şükür etməyiniz üçün küləkləri müjdəçi olaraq göndərməsi də Onun ayələrindəndir.

Rahmən/55:24 Dənizdə dağlar kimi axıb gedən gəmilər Onundur.

İsra/17:70 Adəm oğullarına şərəf verdik. Onları quruda və dənizdə daşıdıq. Onları gözəl nemətlərlə bəslədik. Yaratdıqlarımızın bir çoxundan xeyli üstün etdik.

Loğman/31:31 Sizə bəzi ayələrini göstərmək üçün, Allahın lütfü ilə gəmilərin dənizdə axıb getdiyini görmürsünüz? Hər səbr edən və şükür edən üçün bunda dərslər vardır.

İbrahim/14:32 Allah göyləri və yeri yaradan, göydən bir su endirib sizin üçün müxtəlif meyvələrdən qidalar çıxarandır. Qoyduğu qanuna görə sizi dənizdə daşıması üçün gəmiləri əmrinizə verdi. Eyni şəkildə çayları da əmrinizə verdi.