Zuxruf - 43:14 "Və biz, axırda Rəbbimizə dönəcəyik."
Axirətin şüurunda olanlar:
Bəqərə/2:4 Sənə nazil edilənə və səndən öncə nazil edilənə inanarlar. Axirət mövzusunda da heç bir şübhələri yoxdur.
Bəqərə/2:155 Sizi qorxuyla, aclıqla, para (pul), can və məhsul itkisi ilə sınayacağıq. Müjdə ver səbr edənlərə.
Bəqərə/2:156 Ona görə ki, onlara bir müsibət gəldiyində: “Biz, Allaha aidik və Ona dönəcəyik," – deyərlər.

Əraf/7:124 "Əllərinizi və ayaqlarınızı çarpaz kəsəcəyəm və sonra hamınızı asacağam!"
Əraf/7:125 Dedilər ki: "Biz onsuzda Rəbbimizə dönəcəyik."
Əraf/7:126 "Rəbbimizin işarətləri bizə gəldiyində ona iman etdik deyə bizdən öc alırsan. Rəbbimiz, bizə dözüm ver və canımızı müsəlman olaraq al."

İnsan/76:7 Onlar sözlərini yerinə yetirərlər və olduqca pis olan bir gündən qorxarlar.
İnsan/76:8 Yoxsula, yetimə və dustağa sevdikləri yeməkləri yedirərlər.
İnsan/76:9 "Biz sizi Allah rizası üçün yediririk. Sizdən nə bir qarşılıq, nə də bir təşəkkür gözləmirik."
İnsan/76:10 "Biz, üzü dönmüş və bəlalı bir gündən ötrü Rəbbimizdən çəkinirik."

Bəqərə/2:177 Üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz yaxşılıq deyil. Yaxşılar o kimsələrdir ki, Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə iman edirlər; əqrəbalara, yetimlərə, möhtaclara, yolda qalmışlara, dilənənlərə və kölələri azadlığa qovuşdurmaq üçün sevərək para (pul) yardımı edirlər, namazı qoruyur, zəkatı verir, söz verdiklərində sözlərində dururlar, çətinliyə, sıxıntıya və zülmə qarşı müqavimət göstərirlər. Bax doğru olanlar onlardır, Müttəqi olanlar da onlardır.
Bəqərə/2:200 Mərasiminizi bitirdiyiniz zaman, atalarınızı xatırladığınız kimi, hətta daha güclü olaraq Allahı xatırlamağa davam edin. İnsanlardan bəzisi: “Rəbbimiz, bizə bu dünyada ver,” deyər; onun axirətdən bir payı olmaz.
Bəqərə/2:201 Kim ki, “Rəbbimiz, bizə dünyada da, axirətdə də yaxşılıq ver. Bizi atəşin əzabından qoru," deyər.
Bəqərə/2:202 Hamısının qazandıqlarından bir payı vardır. Allah tez haqq-hesab çəkəndir.

Ali İmran/3:113 Ancaq hamısı eyni deyil. Kitab əhlindən ən doğru bir qrup var ki, gecələri Allahın ayələrini oxuyub səcdə edərlər.
Ali İmran/3:114 Allaha və Axirət gününə iman edirlər, yaxşılığı öyüd-nəsihət edir, pislikdən çəkindirər və yaxşı işlərə tələsirlər. Məhz onlar yaxşılardandır.
Ali İmran/3:146 Neçə-neçə peyğəmbərlər var ki, özlərini Rəblərinə həsr etmiş bir çox adam onlarla birlikdə savaşdı. Allah yolunda başlarına gələndən ötrü ruhdan düşmədilər, geri çəkilmədilər, boyun əymədilər. Allah müqvimət göstərənləri sevər.
Ali İmran/3:147 Sözləri yalnızca bu idi: “Rəbbimiz, günahlarımızı və işlərimizdəki həddi aşmalarımızı bağışla, qədəmlərimizi sabit et və inkarçı topluluğa qarşı bizə zəfər ver."
Ali İmran/3:148 Allah da onlara həm dünya nemətini, həm də axirət nemətinin ən gözəlini verdi. Allah gözəl davrananları sevər.

Nisa/4:74 Dünya həyatını axirətə dəyişənlər Allah yolunda savaşsınlar. Kim Allah yolunda savaşar, ölər yaxud qalib gələrsə, ona böyük bir mükafat verəcəyik.

Ənam/6:92 Bu, özündən öncəkiləri təsdiqləyən mübarək bir kitab olaraq, ölkələrin anasını və ətrafındakıları xəbərdar etməyin üçün nazil edilmişdir. Axirətə iman edənlər ona inanırlar və onlar namazlarına da davam edərlər.

Əraf/7:156 "Bu dünyada da bizim üçün yaxşılıq yaz, axirətdə də... Biz Sənə yönəldik." Dedi ki: "Əzabım istədiyim kimsəyə toxunacaqdır. Rəhmətim isə hər şeyi bürümüşdür; onu xüsusilə: müttəqi bir həyat sürənlərə, zəkatı verənlərə və ayələrimizə iman edənlərə yazacağam."

Tovbə/9:44 Allaha və Axirət gününə iman edənlər, paralarıyla və canlarıyla səy göstərməkdən (qaçmaq üçün) səndən izin istəməzlər. Allah müttəqiləri layiqincə tanıyır.
Tovbə/9:99 Ərəblərdən, Allaha və axirət gününə iman edənlər də vardır. Xərclədiklərini isə Allaha yaxınlaşdıracaq bir vəsilə və elçiyə dəstək sayarlar. Gerçəkdən o, onlar üçün bir yaxınlaşma vəsiləsidir. Allah onları rəhmətinə daxil edəcəkdir. Allah Bağışlayandır, Rəhmlidir.

İsra/17:19 Kim Axirəti seçər və mömin olaraq lazım olan cəhdi göstərərsə, bax onların cəhdi təqdir edilir.

Muminun/23:60 Rəblərinə dönəcəklərinin şüurunda olaraq verənlər,
Muminun/23:61 Məhz onlar, yaxşılıqlarda yarışanlardır; və onlar yaxşılıq etməkdə öncüdürlər.

Nur/24:37 Kəslər vardır. Onları, Allahı xatırlamaqdan, namazı qorumaqdan və zəkatı verməkdən nə bir iş, nə də bir ticarət yayındırmaz. Onlar, qəlblərin və gözlərin tərs dönəcəyi gündən qorxarlar.

Qasas/28:77 "Allahın sənə verdiyi nemətlərlə, dünyadakı payını unutmadan axirət yurdunu axtar. Allah sənə necə yaxşılıq etmişsə, sən də yaxşılıq et. Yer üzündə fəsad törətməyi axtarma. Allah fəsadçıları sevməz."
Qasas/28:83 Bu Axirət yurdunu, yer üzündə təkəbbürlənməyi və fəsad törətməyi istəməyənlərə ayırdıq. Aqibət müttəqilərindir.

Sad/38:45 Qullarımız İbrahim, İshaq və Yəqubu da xatırla. Məharətli və uzaqgörən idilər.
Sad/38:46 Sırf axirəti düşündükləri üçün onları xalis/dumduru etdik.

Zumər/39:9 Gecə vaxtı səcdə edərək və ayaq üstə duraraq düşüncəyə dalan (meditasiyada olan), axirətin şüurunda olan və Rəbbinin rəhmətini uman birinə nə deyirsiniz? De ki, "Bilənlərlə bilməyənlər eyni ola bilərmi?" Ancaq ağıl sahibləri öyüd alır.

Şura/42:17 O Allah ki, kitabı gerçək və ədalətlə nazil etmişdir. Nə bilirsən, bəlkə Saat (dünyanın sonu) yaxındır.
Şura/42:18 Ona iman etməyənlər onun haqqında meydan oxuyurlar. Ona iman edənlər isə ondan təşvişə düşərlər və onun gerçək olduğunu bilirlər. Saat mövzusunda şübhəyə düşənlər böyük bir azğınlıq içindədirlər.