Zuxruf - 43:37 Həqiqətən, onları yoldan çıxararlar. Buna rəğmən onlar doğru yolda olduqlarını sanarlar.
Dirilmə gününə qədər Şeytana qulluq/xidmət etdiklərinin fərqinə varmazlar:
Ənam/6:22 Hamısını topladığımız gün ortaq qoşanlara, "Haradadır iddia etdiyiniz ortaqlarınız?"
Ənam/6:23 Onların tək müdafiəsi bu olacaq: "Rəbbimiz Allaha and olsun ki, biz ortaq qoşmadıq."

Əraf/7:30 Bir qrupu doğru yola yönəltdi, bir qrup da azğınlığa layiq görüldü. Onlar şeytanları Allahdan başqa dostlar qəbul etdilər. Amma özlərini doğru yolda sanırlar.

Nəhl/16:28 Onlar ki, nəfslərinə zülm edərkən mələklər canlarını alır. Axırda təslim olub: "Biz hər hansısa bir pislik etmirdik!" deyərlər. Xeyr, Allah sizin etdiklərinizi yaxşı bilir.