Zuxruf - 43:41 Səni götürüb aparsaq da, Biz onları cəzalandıracağıq.
41, 42 ilə əlaqəli:
Ənfal/8:33 Sən onların arasında olduğun müddətcə Allah onlara əzab edəcək deyildir. Onlar bağışlanma diləyərlərkən də Allah onları cəzalandıracaq deyildir.

Yunus/10:46 Onlara söz verdiklərimizin bir qismini sənə göstərsək də və ya canını alsaq da, onların son dönüş yeri Bizədir. Sonra Allah onların etdikləri hər şeyə də şahiddir.

Rad/13:40 Onlara söz verilənlərin bir qismini sənə göstərsək də, sənin canını alsaq da, sənin öhdənə düşən görəv bildirməkdir. Haqq-hesab isə bizə düşər.

Muminun/23:93 De ki, "Rəbbim, onlara verilən sözü mənə göstərsən,"
Muminun/23:94 "Rəbbim, məni o zalım camaatın içində buraxma."
Muminun/23:95 Biz əlbəttə, onlara söz veriləni sənə göstərə bilərik.

Ğafir/40:77 Elə isə  səbr et. Allahın sözü gerçəkdir. Onlara söz verdiklərimizin bir qismini sənə göstərsək də və ya canını alsaq da, onlar Bizə döndəriləcəklər.

Zuxruf/43:41 Səni götürüb aparsaq da, Biz onları cəzalandıracağıq.
Zuxruf/43:42 Yaxud, onlara söz verdiyimizi sənə göstərərik; Bizim onlara gücümüz yetər.