Zuxruf - 43:42
Yaxud, onlara söz verdiyimizi sənə göstərərik; Bizim onlara gücümüz yetər.
41, 42 ilə əlaqəli:
Ənfal/8:33
Sən onların arasında olduğun müddətcə Allah onlara əzab edəcək deyildir. Onlar bağışlanma diləyərlərkən də Allah onları cəzalandıracaq deyildir.
Yunus/10:46
Onlara söz verdiklərimizin bir qismini sənə göstərsək də və ya canını alsaq da, onların son dönüş yeri Bizədir. Sonra Allah onların etdikləri hər şeyə də şahiddir.
Rad/13:40
Onlara söz verilənlərin bir qismini sənə göstərsək də, sənin canını alsaq da, sənin öhdənə düşən görəv bildirməkdir. Haqq-hesab isə bizə düşər.
Muminun/23:93
De ki, "Rəbbim, onlara verilən sözü mənə göstərsən,"
Muminun/23:94
"Rəbbim, məni o zalım camaatın içində buraxma."
Muminun/23:95
Biz əlbəttə, onlara söz veriləni sənə göstərə bilərik.
Ğafir/40:77
Elə isə səbr et. Allahın sözü gerçəkdir. Onlara söz verdiklərimizin bir qismini sənə göstərsək də və ya canını alsaq da, onlar Bizə döndəriləcəklər.
Zuxruf/43:41
Səni götürüb aparsaq da, Biz onları cəzalandıracağıq.
Zuxruf/43:42
Yaxud, onlara söz verdiyimizi sənə göstərərik; Bizim onlara gücümüz yetər.