Zuxruf - 43:60 İstəsəydik sizi, yer üzünü koloniya halına gətirən mələklərə çevirərdik.
Təsdiqləmək üçün Muhəmməd peyğəmbərin yanında mələkləri də görmək istəyən kitab əhlinə göndəriş:
İsra/17:92 "Və ya iddia etdiyin kimi, göydən üzərimizə  parçalar düşürməli, yaxud Allahı və mələkləri qarşımıza gətirməlisən."
İsra/17:93 "Ya da qızıldan bir evin olmalı və ya göyə yüksəlməlisən. Yüksəlsən belə oxuyacağımız bir kitabı üzərimizə endirmədikcə ona iman etməyəcəyik." De ki: "Rəbbim Ucadır. Mən elçi olan bir insandan başqa bir şeyəmmi ki?"
İsra/17:94 Onlara hidayət gəldiyində, insanlar: "Allah bir insanımı elçi olaraq göndərdi?" deyərək iman etmədilər.
İsra/17:95 De ki: "Yer üzündə məskunlaşıb, gəzib dolaşanlar mələklər olsaydı, onlara göydən bir mələyi elçi göndərərdik."

Furqan/25:7 Və dedilər, "Necə olur ki, bu elçi yemək yeyir və bazarlarda gəzib-dolaşır? Gərək onunla birlikdə xəbərdarlıq etmək üçün bir mələk nazil olaydı!"
Furqan/25:21 Bizimlə qarşılaşmağı ümid etməyənlər, "Bizə ya mələklər enməli, yaxud da Rəbbimizi görməliyik!" dedilər. Öz-özlərinə təkəbbür göstərmişlər və azğınlıqda çox irəli getmişdilər.

Ənam/6:7 Sənə kağız üzərinə yazılı bir kitab nazil etsəydik və hətta əlləri ilə toxunsaydılar, inkar edənlər: "Bu ancaq açıq-aşkar bir sehrdir!" – deyəcəklər.
Ənam/6:8 "Ona mələk endirilməli deyildimi?!"– deyirlər. Bir mələk endirsəydik, iş bitirilmiş olardı, onlara möhlət də verilməzdi.

Hicr/15:6 Dedilər ki: "Ey özünə Zikr (mesaj) nazil edilən, sən bir dəlisən."
Hicr/15:7 "Doğru sözlüsənsə bizə mələkləri gətirsənə."

Hud/11:12 "Ona bir xəzinə, yaxud onunla birlikdə bir mələk enməli deyildimi?" dedikləri üçün bəlkə də, köksün daralacaq və sənə vəhy edilənin bir qismini tərk edəcəksən. Sən yalnız bir xəbərdarlıq edənsən; Allah hər şeyi kontrol edəndir.