Zuxruf - 43:62
Şeytan sizi yoldan çıxarmasın. O sizə açıq-aydın bir düşməndir.
"Şeytan sizin düşməninizdir.": Əlaqəli
Bəqərə/2:168
Ey insanlar! Yerin halal və təmiz məhsullarından yeyin, şeytanın addım izləri ilə getməyin; o, sizə açıq-aydın düşməndir.
Bəqərə/2:169
O sizə pisliyi, həyasızlığı və Allaha bilmədiyiniz şeyləri isnad etməyinizi əmr edər.
Bəqərə/2:208
Ey iman edənlər! Tamamilə təslim olun. Şeytanın addımlarını izləməyin; çünki o sizin açıq-aşkar düşməninizdir.
Əraf/7:27
Adəm oğulları, şeytan, ana-atanızın vücudlarını özlərinə göstərmək üçün libaslarını soyunduraraq cənnətdən çıxartdığı kimi sizi də çaşdırmasın. O və qəbiləsi sizin onları görmədiyiniz yerdən sizi görürlər. Biz, şeytanları, iman etməyənlərin dostları etdik.
Kəhf/18:50
Mələklərə: "Adəmə səcdə edin!" dediyimiz zaman, hamısı səcdə etdilər; yalnız İblisdən başqa. Rəbbinin əmrinə qarşı gəldiyi üçün cinlərdən oldu. Məni buraxıb onu və soyunumu dostlar seçirsiniz? Halbuki onlar, sizin düşmənlərinizdir. Zalımlar üçün bu necə də pis bir dəyişmədir!
Ta ha/20:116
Mələklərə: “Adəmə səcdə edin!”– dedik. İblisdən başqa hamısı səcdə etdilər. O inad edib qarşı çıxdı,
Ta ha/20:117
"Adəm, Bu sənin və zövcənin düşmənidir. Ehtiyatlı olun, sizi Cənnətdən çıxartmasın, yoxsa pərişan olarsan" dedik.
Ta ha/20:120
Şeytan, "Adəm, Sənə əbədiyyət ağacını və tükənməyəcək bir hökmranlığı göstərimmi?" deyə ona (Adəmə) pıçıldadı.
Ta ha/20:121
İkisi də ondan yedilər və bundan sonra vücudları özlərinə göründü. Cənnətin yarpaqları ilə örtünməyə çalışdılar. Adəm Rəbbinə qarşı gəldi və çaşıb qaldı.
Ta ha/20:122
Sonra Rəbbi onu seçib əfv etdi və ona yol göstərdi.
Ta ha/20:123
(Allah) dedi ki, "Bir-birinizə düşmənlər olaraq ordan aşağı enin. Sizə Məndən bir yol göstərici gəldiyində, kim mənim yoluma tabe olarsa, o azmaz və pərişan olmaz."
Ya sin/36:60
Ey Adəmin övladları, şeytana qulluq/xidmət etməyəcəyinizə dair sizdən söz almamışdımmı? O sizin açıq-aydın düşməninizdir.
Ya sin/36:61
Mənə qulluq edin. Bu ən doğru yoldur.
Ya sin/36:62
Buna rəğmən o, sizdən bir çox nəsilləri azdırdı. Heç ağlınızı işlətmirdiniz?