Zuxruf - 43:77 "Ey Malik, artıq Rəbbin bizim işimizi bitirsin," deyə səslənərlər. O da, "Siz belə qalacaqsınız," deyər.
Cəhənnəmdəkilərin ölmələrinə izn verilməz:
Zuxruf/43:74 Günahkarlar, cəhənnəm əzabında əbədi qalacaqlar.
Zuxruf/43:75 Onlardan yüngülləşdirilməz və onlar orada naümiddirlər.
Zuxruf/43:76 Biz onlara zülm etmədik, onlar özləri özlərinə zülm etdilər.
Zuxruf/43:77 "Ey Malik, artıq Rəbbin bizim işimizi bitirsin," deyə səslənərlər. O da, "Siz belə qalacaqsınız," deyər.

Ta ha/20:74 Kim Rəbbinin hüzuruna suçlu olaraq gələrsə, cəhənnəmə layiq olar; orada nə ölər, nə də yaşayar.

Furqan/25:13 Zəncirlənmiş olaraq onun dar bir yerindən atıldıqları zaman ölümü çağırarlar.
Furqan/25:14 Bu gün bir ölüm deyil, çoxlu ölüm çağırın.

İbrahim/14:17 Onu udmağa çalışar, amma boğazından keçirə bilməz. Ölüm ona hər yandan gələr, amma ölə bilməyəcək. Ardından da çətin bir əzab gələcəkdir.

Haqqə/69:25 Kitabı solundan verilənlərə gəlincə, onlar, "Kaş ki, kitabım mənə verilməsəydi," deyər,

Hud/11:106 Bədbəxtlər atəşdədir. Onlar orada sızlayıb inləyərlər.
Hud/11:107 Göylər və yer durduğu müddətcə orada qalacaqlar; ancaq Rəbbin istəyərsə başqa. Rəbbin, İstədiyini Edəndir.

Nisa/4:56 Ayə və möcüzələrimizi inkar edənləri bir atəşə atacağıq. Dəriləri yandıqca, əzabı dadmaları üçün, başqa dərilərlə yeniləyəcəyik. Allah Üstündür, Hikmət Sahibidir.

Fatir/35:36 İnkar edənlər üçün cəhənnəm atəşi vardır. Nə ölmələrinə izin verilər, nə də onlardan cəhənnəm cəzası yüngülləşdirilər. Nankorları belə cəzalandırırıq.

Ta ha/20:74 Kim Rəbbinin hüzuruna suçlu olaraq gələrsə, cəhənnəmə layiq olar; orada nə ölər, nə də yaşayar.