Zuxruf - 43:84
Göydə də tanrı, yerdə də tanrı Odur. O, Hikmət Sahibidir, Biləndir.
Göydə də Allah, yerdə də Allah Odur:
Muminun/23:91
Allah övlad götürməmişdir. Onunla bərabər bir tanrı da yoxdur. Əks təqdirdə hər tanrı yaratdığı şeylərlə birlikdə heç kimdən asılı olmadığını elan edərək hakimiyyət üçün bir-biri ilə mübahisəyə girərdi. Allah, onların isnad etdikləri şeylərdən çox uzaqdır.
Ənbiya/21:22
O ikisində (göylər və yerdə) Allahdan başqa tanrılar olsaydı, ikisi də fəsada uğrayardı. Mütləq hökmranlığın sahibi Allah onların vəsflərindən çox uzaqdır.
Həcc/22:15
Kim Allahın dünya və axirətdə ona yardım edə bilməyəcəyini sanırsa, göyə (Tanrıya) doğru yönəlsin və sonra (ümid bağladığı digərlərindən) ümidini kəssin sonra da yerinə yetirdiyi bu planın, onun canını sıxan hər şeydən qurtarıb qurtarmadığına bir baxsın.
Mulk/67:16
Yoxsa, sizi, qəfildən titrəməyə başlayacaq olan yerin dibinə batırmayacağına dair göydəkindən əminlikmi aldınız?
Məryəm/19:93
Göylərdə və yerdə kim varsa, Rəhmana qul olaraq gələcəkdir.