Duxan - 44:15
Biz əzabı bir azca qaldıracağıq; amma siz yenə dönəcəksiniz.
10, 11, ... 15 ayələri əsasında; Rəbbimiz, özlərini düzəltmələri və yönəlmələri üçün, cəmiyyətləri yaxşılıqlar və pisliklərlə sınayar:
Tovbə/9:126
Hər il, bir-iki dəfə bəlalarla sınandıqlarını görmürlərmi? Buna rəğmən nə tövbə edirlər, nə də öyüd alırlar.
Rum/30:41
İnsanların əlləri ilə işlədikləri üzündən quruda və dənizdə fəlakətlər yayıldı. Beləcə, (pislikdən) dönərlər deyə etdiklərinin bir qismini onlara daddırır.
Ənam/6:42
Səndən öncəki cəmiyyətlərə də elçilər göndərdik. Yalvarsınlar deyə onları darlıq və sıxıntılarla sınadıq.
Ənam/6:43
Heç olmazsa başlarına müsibətimiz gəldiyində yalvarsaydılar! Fəqət qəlbləri qatılaşdı və şeytan işlərini özlərinə süslü göstərdi.
Əraf/7:94
Hər nə vaxt bir ölkəyə bir peyğəmbər göndərdiksə, yalvarsınlar deyə xalqını qıtlıq və sıxıntıya düçar etdik.
Muminun/23:76
Onları cəzaya məruz qoymamıza rəğmən Rəblərinə boyun əymədilər, yalvarmadılar.
Əraf/7:95
Sonra pisliyin yerinə yaxşılığı gətirdik. Ancaq anlayışlarını itirdilər: "Sıxıntı və rifah atalarımıza da toxunmuşdu," dedilər. Bundan sonra, xəbərləri olmadan onları qəflətən yaxaladıq.
Ya sin/36:17
"Bizim görəvimiz, açıq şəkildə bildirməkdən ibarətdir.
Ya sin/36:18
Dedilər ki, "Sizin üzünüzdən uğursuzluğa uğradıq. Əgər son qoymasanız, sizi daşqalaq edəcəyik və bizdən sizə ağrılı-acılı bir cəza toxunacaqdır."
Ya sin/36:19
Dedilər ki, "Uğursuzluğunuz sizin öz ucbatınızdandır. Sizə xəbərdarlıq edildiyinə görəmi? Siz gerçəkdən həddi aşan bir topluluqsunuz."
Nəml/27:47
Dedilər ki, "Sən və bərabərindəkilər bizə uğursuzluq gətirdiniz." Dedi ki, "Sizin uğursuzluğunuz Allahdan gəlməkdədir. Doğrusu siz sınağa çəkilən bir camaatsınız."
Əraf/7:130
Firon tərəfini, öyüd alsınlar deyə illərlə quraqlıq və məhsul qıtlığına məhkum etdik.
Əraf/7:131
Onlara bir yaxşılıq gəldiyi zaman, "Buna biz layiqik," deyərlər. Onlara bir pislik toxunduğu zaman isə Musa və bərabərindəkiləri uğursuzluqla suçlayardılar. Doğrusu, onların uğursuzluğu Allah tərəfindən qərarlaşdırılır. Ancaq çoxları bilməzlər.
Əraf/7:132
"Bizi sehrləmək üçün nə qədər möcüzə (ayə) gətirirsən gətir, biz sənə iman edəcək deyilik," dedilər.
Əraf/7:133
Üzərlərinə tufan, çəyirtkə, həşərat, qurbağa və qan kimi ayrı-ayrı işarətlər göndərdik. Buna rəğmən təkəbbür göstərməyə davam etdilər və günahkar bir topluluq oldular.
Əraf/7:134
Hər nə zaman başlarına bir müsibət gəlsə, "Ey Musa, sənə verdiyi sözə görə Rəbbinə yalvar. Bizi bu fəlakətlərdən qurtararsan sənə iman edər və İsrail oğullarını da səninlə bərabər yollayarıq," dedilər.
Əraf/7:136
Biz də onlardan öc (intiqam) aldıq. Ayələrimizi yalanlayıb əhəmiyyət vermədikləri üçün onları dənizdə boğduq.
Zumər/39:49
İnsana bir pislik toxunduğu zaman Bizi çağırar; ancaq ona bir nemət verdiyimiz zaman isə, "Bu, mənə bilgimə görə verilmişdir," deyər. Əslində o bir sınaqdır, halbuki çoxları bilməz.
Duxan/44:10
Göyün açıq-aşkar bir dumanı gətirəcəyi günü gözlə.
Duxan/44:11
İnsanların hər tərəfini saracaqdır; Bu, ağrılı-acılı bir əzabdır.
Duxan/44:12
"Rəbbimiz, bizdən bu əzabı qaldır, biz iman edirik."
Duxan/44:13
Mesaja əhəmiyyət vermədilər. Halbuki onlara açıq-aşkar bir elçi gəlmişdi.
Duxan/44:14
Sonra ondan üz çevirdilər və "Təlim görmüş bir dəlidir!" dedilər.
Duxan/44:15
Biz əzabı bir azca qaldıracağıq; amma siz yenə dönəcəksiniz.
Duxan/44:16
Əsl o böyük yaxalama ilə yaxaladığımızda öc (intiqam) alarıq.