Duxan - 44:53 İpək və atlazdan geyimlər içində qarşı-qarşıya oturarlar.
Zövcələriylə qarşı-qarşıya taxtlar üzərində oturarlar:
Hicr/15:47 Sinələrindəki qısqanclığı qaldırarıq; qardaş olaraq qarşı-qarşıya yerləşdirilmiş taxtlar üzərindədirlər.

Kəhf/18:31 Onlar üçün içlərindən çaylar axan Ədn bağçaları (cənnətləri) vardır. Orada qızıl bilərziklərlə süslənərlər, ipək və atlazdan toxunmuş yaşıl paltarlar geyərlər. Orada taxtlar üzərinə yaslanarlar. Nə gözəl bir mükafat və necə də gözəl bir məskəndir...

Ya sin/36:56 Zövcələri ilə birlikdə kölgəliklərdə, taxtlara yaslanmışlar.

Saffat/37:45 Onlara bulaqlardan doldurulmuş qədəhlər verilər.

Duxan/44:53 İpək və atlazdan geyimlər içində qarşı-qarşıya oturarlar.

Tur/52:20 Düzülmüş taxtlara yaslanmışlar və onları gözəl eşlərlə birləşdirmişik.


İnsan/76:13 Orada taxtlara yaslanarlar; orada nə (yandırıcı) günəş, nə də dondurucu soyuq görərlər.