Casiyə - 45:14 İman edənlərə söylə ki, Allahın günlərini ummayanları bağışlasınlar. Çünki O, etdikləri işlərə görə bir topluluğa qarşılıq verir.
Allahın günlərindən məqsəd nədir?
İbrahim/14:5 Musanı, "Xalqını qaranlıqlardan aydınlığa çıxar və onlara Allahın günlərini xatırlat," deyə möcüzələrimizlə göndərdik. Səbr edən və şükür edən hər kəs üçün əlbəttə bunda dərslər vardır.

Zumər/39:71 İnkar edənlər dəstə-dəstə cəhənnəmə götürülərlər. Oraya yetişdiklərində onun qapıları açılar və gözətçiləri onlara, "Sizə, Rəbbinizin ayələrini oxuyan və bu gününüzlə qarşılaşacağınız mövzusunda sizi xəbərdar edən öz içinizdən elçilər gəlməmişdimi?" deyərlər. "Bəli. Ancaq 'cəza' sözü inkar edənlər haqqında gerçəkləşmişdir," deyə qarşılıq verərlər.

Ənam/6:130 Ey cin və insan topluluğu, sizə, ayələrimi anlatan və bu günlə qarşılaşmağınız haqqında sizə içinizdən xəbərdarlıq edən elçilər gəlmədimi? "Öz əleyhimizə şahidik," dedilər. Dünya həyatı onları aldatdı və inkarçı olduqlarına dair özləri öz əleyhlərində şahidlik etdilər.

Zuxruf/43:83 Burax onları, onlara söz verilən günlərinə qovuşuncaya qədər dalsınlar və oynasınlar.

Səcdə/32:10 Və, "Biz torpağa qarışıb yox olduqdan sonra yenidənmi yaradılacağıq?" dedilər. Doğrusu, onlar Rəbləri ilə qovuşmağı inkar edənlərdir.

Əraf/7:50 Atəş əhli, cənnət əhlinə səsləndi: "Suyunuzdan, yaxud Allahın sizə verdiyi bəzi nemətlərdən üstümüzə axıdın." Onlar da dedilər ki: "Allah bu ikisini kafirlərə haram etmişdir."
Əraf/7:51 Onlar dinlərinə əhəmiyyət vermədilər və dünya həyatı onları aldatdı. Bu günləri ilə qarşılaşacaqlarını unutduqları və ayələrimizi rədd etdikləri üçün, bu gün Biz də onları unudarıq!

Yunus/10:15 Onlara açıq-aşkar ayələrimiz oxunduğu zaman, Bizə qovuşmağı ümid etməyənlər, "Bundan başqa bir Quran gətir, yaxud onu dəyişdir!" deyərlər. De ki: "Onu öz tərəfimdən dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy edilənə tabe oluram. Rəbbimə qarşı gələrsəm, böyük günün əzabından qorxuram."

Rad/13:2 Görə biləcəyiniz bir dirək olmadan göyləri yüksəldən, sonra bütün idarəetmə işinə hakim olan, günəşi və ayı əmri altına alan Allahdır. Hamısı müəyyən bir müddət üçün axıb getməkdədir. Bütün işləri kontrol edər və ayələri detallı olaraq açıqlayar ki, Rəbbinizlə qovuşma barəsində şübhəniz qalmasın.

Ənkəbut/29:5 Kim Allah ilə qarşılaşmağı ümid edirsə, (bunu bilsin ki,) Allahla müəyyən edilmiş görüş mütləq gerçəkləşəcəkdir. O, Eşidəndir, Biləndir.

Səcdə/32:10 , "Biz torpağa qarışıb yox olduqdan sonra yenidənmi yaradılacağıq?" dedilər. Doğrusu, onlar Rəbləri ilə qovuşmağı inkar edənlərdir.

Casiyə/45:14 İman edənlərə söylə ki, Allahın günlərini ummayanları bağışlasınlar. Çünki O, etdikləri işlərə görə bir topluluğa qarşılıq verir.
Casiyə/45:34 Və onlara belə deyilər: "Bu günkü qarşılaşmanızı unutduğunuz üçün, Biz də bu gün sizi unuduruq. Yeriniz atəşdir və sizin bir yardımçınız da olmayacaqdır."

Tur/52:45 Çarpılacaqları günə qovuşuncaya qədər onları burax.