Casiyə - 45:16 İsrail oğullarına Kitabı, hikməti və peyğəmbərliyi vermişdik. Onları yaxşı nemətlərlə ruziləndirmiş və onları bütün insanlara üstün etmişdik.
İsrail oğullarının digər insanlardan üstün tutulması:
Maidə/5:20 Musa öz xalqına belə demişdi: “Ey xalqım! Allahın üzərinizdəki nemətini xatırlayın: Aranızdan peyğəmbərlər çıxardı, sizi azad kimsələr etdi və xalqların heç birinə vermədiyini sizə verdi."

Bəqərə/2:122 İsrail oğulları! Sizə verdiyim nemətimi və digər xalqlardan daha çox sizə bəxş etdiyimi xatırlayın.

İsra/17:101 Musaya açıq-aşkar doqquz möcüzə verdik. İstəyirsən İsrail oğullarından soruş. Onların yanına getdiyində, Firon ona, "Musa, sənin ovsunlanmış olduğunu sanıram," demişdi.

Duxan/44:30 İsrail oğullarını alçaldıcı zülmdən qurtarmışdıq;
Duxan/44:31 Firondan. O, azğın bir diktator idi.
Duxan/44:32 Bütün insanların arasından xüsusilə onları seçdik.