Casiyə - 45:16
İsrail oğullarına Kitabı, hikməti və peyğəmbərliyi vermişdik. Onları yaxşı nemətlərlə ruziləndirmiş və onları bütün insanlara üstün etmişdik.
İsrail oğullarına verilən kitabın məzmunu:
İsra/17:2
Eyni şəkildə, Musaya Kitabı vermişdik. İsrail oğullarını bu gerçəyə yönəltmək üçün: "Məndən başqa bir sahib qəbul etməyin."
Qasas/28:43
İlk nəsilləri (Nuh, Hud, Saleh, Lut və Şueybin xalqlarını) məhv etdikdən sonra Musaya, insanları aydınladan bir yol göstərən və rəhmət olaraq Kitabı verdik; bəlkə öyüd alarlar deyə.
Ənam/6:154
Həqiqətən, ən gözəl şəkildə tamamlanmış, hər şeyin detallı açıqlaması, hidayət və rəhmət olaraq Musaya kitabı verdik ki, Rəbləriylə qovuşmağa iman etsinlər.
Bəqərə/2:53
(Doğru) yola gəlməyiniz üçün də Musaya Kitabı və qanunu verdik.
Ənbiya/21:48
Musaya və Haruna Qanunlar Kitabını, müttəqilər üçün bir nuru, bir mesajı verdik.
Muminun/23:49
Doğrunu taparlar deyə, Musaya Kitabı vermişdik.
Səcdə/32:23
Musaya Kitabı verdik; Bu mövzuda heç bir şübhən olmasın. Onu İsrail oğulları üçün bir rəhbər etdik.
Ğafir/40:53
Biz Musaya hidayəti verdik və İsrail oğullarını kitaba varis etdik.
Ğafir/40:54
Anlayış sahiblərinə bir yol göstərici və bir xəbərdar edici olaraq.