Casiyə - 45:16 İsrail oğullarına Kitabı, hikməti və peyğəmbərliyi vermişdik. Onları yaxşı nemətlərlə ruziləndirmiş və onları bütün insanlara üstün etmişdik.
İsrail oğullarına peyğəmbərliyi vermişdik:
Bəqərə/2:87 Musaya Kitabı verdik və ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Məryəm oğlu İsaya da açıq-aşkar dəlillər verdik və onu Müqəddəs Ruh ilə dəstəklədik. Məgər bir elçi sizə xoşlamadığınız bir şey gətirdikdə təkəbbür göstərmədinizmi? Necə ki, (onların) bir qismini yalançı hesab etdiniz və bir qismini də öldürdünüz.
Bəqərə/2:246 Bu hadisə diqqətini çəkmədimi? İsrail oğullarının əyanları, Musadan sonra peyğəmbərlərindən birinə, “Bizə bir kral təyin et ki, Allah yolunda savaşaq," demişdilər. “Savaşmaq lazım olan yerdə savaşmasanız necə?!" demişdi. Onlar: “Yurdumuzdan və övladlarımızdan uzaqlaşdırılmış vəziyyətdə ikən nə üçün Allah yolunda savaşmayaq?" - deyə qarşılıq vermişdilər. Fəqət onlara savaş vacib edilincə çox azı xaric üz çevirdilər. Allah zalımları Bilir.

Saff/61:6 Bir vaxt İsa, xalqına, "Ey İsrail oğulları, mən, sizə göndərilmiş Allahın bir elçisiyəm. Məndən öncəki Tövratı təsdiqləyici və məndən sonra gələcək və ismi daha çox təriflənən bir elçini müjdələyirəm." Sonra onlara açıq-aşkar dəlilləri göstərdiyində, "Bu açıq-aşkar bir sehrdir," dedilər.

Ənam/6:84 Ona İshaqı və Yəqubu bəxş etdik. Hər birisinə yol göstərdik. Daha öncə də Nuha və onun soyundan Davuda, Süleymana, Əyyuba, Yusufa, Musaya və Haruna da yol göstərdik. Gözəl davrananları bax belə mükafatlandırırıq.
Ənam/6:85 Zəkəriyya, Yəhya, İsa və İlyasa da... Hamısı da yaxşılardan idi.
Ənam/6:86 İsmail, Əl-Yəsə, Yunus və Luta da... Hamısını insanlara üstün etdik.