Casiyə - 45:32
Onlara Allahın sözünün bir gerçək, və Saatın qətiləşməsi qaçılmaz bir hadisə olduğu söyləndiyində siz, "Saatın nə olduğunu bilməyirik! Biz sadəcə müxtəlif gümanlara sahibik və bu mövzuda qəti bir bilgi əldə etmiş deyilik," deyirdiniz.
Dünyanın sonu (saat) və Dirilmə eyni vaxtdadır.
Naziat/79:6
O gün o sarsıntı sarsıldar.
Naziat/79:7
Ardından bir başqası gələr.
Naziat/79:8
O gün ürəklər titrəyər.
Naziat/79:9
Gözləri isə alçalar (yerə dikilər).
Naziat/79:10
Deyərlər ki, "Daha öncəki halımızamı döndərildik?"
Naziat/79:11
"Özü də, biz çürümüş sümüklər olduqdan sonra!?"
Naziat/79:12
"Elə isə bu zərərli bir dönmədir," deyərlər.
Rum/30:12
Saatın gerçəkləşdiyi gün günahkarlar şok olarlar.
Rum/30:13
Qoşduqları ortaqlarından da onlara şəfaət edən heç bir kimsə çıxmaz; ortaqlarını inkar edərlər.
Rum/30:14
Saatın gerçəkləşdiyi gün qruplara ayrılarlar.
Rum/30:55
Saat (dünyanın sonu) gerçəkləşdiyi zaman, günahkarlar, (dünyada) ancaq bir saat qaldıqlarına and içərlər. Onlar bax belə yanılırdılar.
Kəhf/18:99
O gün onları buraxarıq. Dalğalar halında bir-birlərinə girərlər. Boruya üfürülər; hamısını bir araya toplayarıq.