Əhqaf - 46:15 Biz insana ana-atasına yaxşılıq etməsini öyüd-nəsihət etdik. Anası onu zəhmətlə daşıyar, zəhmətlə doğar. Ana qarnında daşınması ilə süddən kəsilməsi otuz ay çəkər. Nəhayət yetkinlik yaşına çatınca və qırx yaşına yetişincə: "Rəbbim, mənə, anama və atama verdiyin nemətə şükür etməyə və razı olacağın faydalı işlər görməyə məni yönəlt. Mənim soyumu islah et. Mən tövbə edib, Sənə təslim olanlardanam," deməlidir.
Zəhmətlə (əziyyətlə) doğur:
Məryəm/19:22 Ona hamilə qalınca onunla uzaq bir bölgəyə çəkildi.
Məryəm/19:23 Doğum sancısı onu bir xurma budağına qədər sürüklədi. "Kaş ki, bundan öncə ölsəydim, unudulsaydım," dedi.