Əhqaf - 46:9 De ki, "Mən qeyri-adi bir elçi deyiləm. Mənə və sizə nə olacağını da bilmirəm. Mən, ancaq mənə vəhy edilənə tabe oluram. Mən açıq-aşkar bir xəbərdar edəndən başqa bir şey deyiləm."
"Mən, ancaq Rəbbimdən mənə vəhy edilənə tabe oluram.": Əlaqəli
Ənbiya/21:45 De: "Mən sizi ancaq vəhy ilə xəbərdar edirəm."  Halbuki, karlar xəbərdar edildikləri vaxt çağırışı eşitməz.

Əhqaf/46:9 De ki, "Mən qeyri-adi bir elçi deyiləm. Mənə və sizə nə olacağını da bilmirəm. Mən, ancaq mənə vəhy edilənə tabe oluram. Mən açıq-aşkar bir xəbərdar edəndən başqa bir şey deyiləm."

Əraf/7:203 Onlara bir möcüzə gətirmədiyin zaman: "Möcüzə istəsəydin nə olardı?" deyərlər. De ki: "Mən, ancaq Rəbbimdən mənə vəhy edilənə tabe oluram." Bunlar, Rəbbinizdən aydınlatmalardır, iman edən bir camaat üçün bir hidayət və rəhmətdir.

Ənam/6:106 Rəbbindən sənə nazil edilənə tabe ol! Ondan başqa tanrı yoxdur. Ortaq qoşanlardan da üz çevir.

Əraf/7:3 Rəbbinizdən sizə nazil ediləni izləyin. Ondan başqalarını dost seçərək izləməyin. Nə qədər də az öyüd alırsınız!
Əraf/7:157 Həqiqətən onlar (vaxtı gəlincə) yanlarındakı Tövrat və İncildə yazılı gördükləri o elçini, o ümmi (Tövrat və İncil oxumamış) peyğəmbəri izləyərlər. (O Peyğəmbər) onlara yaxşılığı əmr edər və onları pislikdən çəkindirər; onlara gözəl şeyləri halal, pis şeyləri də haram edər; üzərlərindəki ağırlıqları və onların buxovlarını qaldırıb atar. Ona iman edənlər, ona ehtiram edənlər, ona yardım edənlər, onunla birlikdə nazil edilən nuru izləyənlər uğur qazananlardır.

Əhzab/33:2 Rəbbindən sənə nazil edilənə tabe ol! Allah etdiklərinizdən Xəbərdardır.

Zumər/39:55 O əzab gözləmədiyiniz anda sizi qəflətən yaxalamamışdan öncə, Rəbbiniz tərəfindən sizə endirilən ən gözələ tabe olun.
Zumər/39:56 (Ona görə) ki: "Allahın təliminə əhəmiyyət verməməyimdən ötrü vay halıma; doğrusu mən istehza edənlərdən idim," deməsin.
Zumər/39:57 Və ya, "Allah məni doğruya yönəltsəydi, həqiqətən müttəqilərdən biri olacaqdım," deməsin.
Zumər/39:58 Yaxud əzabı gördüyü an, "Kaş ki, əlavə ikinci şansım olsaydı, gözəl davrananlardan olsaydım," deməsin.

Zuxruf/43:43 Sənə vəhy edilənə sarıl; çünki sən doğru yoldasan.

Yunus/10:15 Onlara açıq-aşkar ayələrimiz oxunduğu zaman, Bizə qovuşmağı ümid etməyənlər, "Bundan başqa bir Quran gətir, yaxud onu dəyişdir!" deyərlər. De ki: "Onu öz tərəfimdən dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy edilənə tabe oluram. Rəbbimə qarşı gələrsəm, böyük günün əzabından qorxuram."