Muhəmməd - 47:15
Müttəqilərə söz verilən cənnətin örnəyi budur: İçində çox təmiz sudan çaylar, dadı pozulmayan süddən çaylar, içənlərə ləzzət verən sərxoş edici maddələrdən olan çaylar və süzmə baldan çaylar vardır. Onlar üçün orada hər cürə məhsul və Rəblərindən bir bağışlanma vardır. Bunların vəziyyəti, atəşdə sürəkli qalan və bağırsaqlarını deşən qaynar bir sudan içirdilən kimsələrin vəziyyəti kimi ola bilərmi?
Cənnət içkiləri sərxoş edici maddələrdən əldə edilən amma sərxoş etməyən içkilərdir:
Saffat/37:45
Onlara bulaqlardan doldurulmuş qədəhlər verilər.
Saffat/37:46
Durudur, içənlərə zövq və ləzzət verir.
Saffat/37:47
Onda nə baş ağrısı, nə də sərxoşluq vardır.
Tur/52:23
Orada bir-birlərindən qədəh toqquşdurarlar, onda nə bir saçmalama, nə də bir günaha girmə vardır.
Nəbə/78:34
Dolu qədəhlər...
Nəbə/78:35
Orada nə boş bir söz, nə də bir yalan eşidməzlər.