Muhəmməd - 47:20 İman edənlər, "Kaş (savaşmağa izin verən) bir surə nazil edilsəydi?" deyirdilər. Ancaq hökmü açıq bir surə nazil edilib və içində savaşdan söz edilincə, qəlblərində xəstəlik olanların, ölüm qorxusu ilə bayılan bir kimsənin baxışı kimi sənə baxdıqlarını görərsən. Onlar üçün uyğun olan,
Hakimiyyətə gəlsəniz əqrəbalıq bağlarını qıracaqsınız:
Tovbə/9:7 Bütpərəstlərin Allah və elçisi yanında necə bir müqaviləsi ola bilər ki? Müqəddəs Məsciddə sizinlə müqavilə bağlamış olanlar xaric. Onlar sizin haqlarınızı qoruduqları müddətcə, siz də onların haqlarını qoruyun. Allah müttəqiləri sevər.
Tovbə/9:8 Necə ola bilər ki? Sizə qalib gəlsəydilər, nə bir əqrəbalıq əlaqəsini qoruyardılar, nə də bir müqaviləni... Ağızları ilə sizi passivləşdirəcək xoş sözlər söyləyərlər, fəqət qəlbləri əksini istəyər. Çoxları yoldan çıxmışdır.
Tovbə/9:9 Allahın ayələrini az bir dəyərə satıb Onun yolundan azdılar. Etdikləri necə də pisdir.
Tovbə/9:10 İman etmiş birisi haqqında nə bir əqrəbalıq bağı, nə də bir müqavilə gözləməzlər; hücum edənlər və həddi aşanlar onlardır.
Tovbə/9:11 Tövbə edib namaz qılar və zəkat verərlərsə, sizin din qardaşlarınızdır. Bilən bir camaat üçün ayələrimizi bu cür detallı açıqlayırıq.
Tovbə/9:12 Müqavilə bağladıqdan sonra andlarını pozar və dininizə hücum edərlərsə, o inkarçılığın öndərləriylə savaşın; çünki onların andı artıq keçərsizdir. Bəlkə əl çəkərlər.
Tovbə/9:13 Andlarını pozan, Elçini sürgün etməyə çalışan və sizinlə (savaşı) ilk dəfə başlatan topluluğa qarşı savaşmayacaqsınız? Yoxsa onlardan qorxursunuz? İman edirsinizsə, məhz Allahdan çəkinməlisiniz.
Tovbə/9:14 Onlarla savaşın ki, Allah əllərinizlə onları cəzalandırıb, rəzil etsin, sizi zəfərə yetişdirsin və iman edən camaatın qəlbini sevindirsin,
Tovbə/9:15 Ürəklərinin öfkəsini aradan qaldırsın. Allah istədiyinin tövbəsini qəbul edər. Allah Biləndir, Hikmət sahibidir.
Tovbə/9:16 Allah, içinizdən Özü uğrunda cihad edənləri, Allahdan, Elçisindən və iman edənlərdən başqasını yaxın dost qəbul etməyənləri bilib ayırmadan buraxılacağınızımı sandınız? Allah etdiklərinizi Xəbər Alır.

Muhəmməd/47:20 İman edənlər, "Kaş (savaşmağa izin verən) bir surə nazil edilsəydi?" deyirdilər. Ancaq hökmü açıq bir surə nazil edilib və içində savaşdan söz edilincə, qəlblərində xəstəlik olanların, ölüm qorxusu ilə bayılan bir kimsənin baxışı kimi sənə baxdıqlarını görərsən. Onlar üçün uyğun olan,
Muhəmməd/47:21 İtaət etmək və gözəl danışmaqdır. İş qərarlaşdırılınca Allaha qarşı dürüst olsalar, özləri üçün yaxşı olardı.
Muhəmməd/47:22 Demək iş başına gələcək olsanız, yer üzündə fəsad törədəcək və əqrəbalıq bağlarını qoparacaqsınız?
Muhəmməd/47:23 Məhz, Allahın lənətlədiyi, karlaşdırıb korlaşdırdığı kimsələr bunlardır.