Muhəmməd - 47:38 Sizlər, Allah yolunda xərcləməyə dəvət edilirsiniz, ancaq bir qisminiz xəsislik etməkdədir. Kim xəsislik edərsə, özünə qarşı xəsislik etmişdir. Allah Zəngindir, siz isə yoxsulsunuz. Üz çevirsəniz, yerinizə başqa bir topluluq gətirər ki, onlar sizin kimi olmazlar.
Para (pul), mal toplayıb Allah yolunda xərcləməyənlərin sonu:
Tovbə/9:34 Ey iman edənlər, din bilənlərin və din adamlarının çoxu insanların pulunu nahaq yerə yeyərlər və Allahın yolundan azdırırlar. Qızıl və gümüşü yığıb Allah yolunda xərcləməyənlərə ağrılı-acılı bir əzab müjdələ.
Tovbə/9:35 Gün gələr o topladıqları qızıllar və pullar Cəhənnəm atəşində qızdırılaraq onlarla alınları, yanları və kürəkləri dağlanar: "Özünüz üçün topladığınız bax budur. Topladığınızı dadın."

Ali İmran/3:180 Allahın lütfündən onlara bağışladığı nemətlərdə xəsislik edənlər onu özləri üçün xeyirli sanmasın. Əksinə, o onlar üçün zərərlidir. Toplayıb yığdıqları, Dirilmə Günü boyunlarına dolanacaq. Göylərin və yerin mirası Allahındır. Allah etdiklərinizdən xəbərdardır.