Muhəmməd - 47:7 Ey iman edənlər, Allahı dəstəkləsəniz, O da sizi dəstəkləyər və ayaqlarınızı sağlam saxlayar.
"Ayaqlarınızı sağlam tutar.": Əlaqəli
Bəqərə/2:250 Calut və ordusuyla qarşılaşdıqlarında belə dedilər: "Rəbbimiz, bizə müqvimət göstərmə gücü ver, ayaqlarımızı sağlam tut, inkarçılara qarşı bizə yardım et."

Ali İmran/3:147 Sözləri yalnızca bu idi: “Rəbbimiz, günahlarımızı və işlərimizdəki həddi aşmalarımızı bağışla, qədəmlərimizi sabit et və inkarçı topluluğa qarşı bizə zəfər ver."