Fəth - 48:1 Biz sənə açıq-aşkar bir zəfər verdik.
Əlaqəli:
Ali İmran/3:13 Qarşılaşan iki orduda sizin üçün bir dərs var. Ordulardan biri Allah yolunda savaşarkən, digəri də inkarçı idi. Onları (iman edənləri), gözləri ilə özlərinin iki qatı olaraq görürdülər. Allah istədiyini zəfərlə dəstəkləyər. Bunda fikir sahibləri üçün bir ibrət vardır.
Ali İmran/3:121 Bir vaxt sən, səhər tezdən ailəndən ayrılaraq iman edənləri savaş mövqelərinə yerləşdirirdin. Əlbəttə Allah Eşidir, Bilir.
Ali İmran/3:122 Sizdən iki qrup az qalsın ruhdan düşmüşdü. Halbuki Allah onların sahibi idi. İman edənlər Allaha güvənsin.
Ali İmran/3:123 Necə ki, siz zəif durumda ikən, Allah, Bədrdə sizə yardım edib zəfərə yetişdirdi. Təşəkkürünüzü bəlli etmək üçün Allahı dinləməlisiniz.
Ali İmran/3:124 İman edənlərə bunları deyirdin: “Endirilmiş üç min mələk ilə Rəbbinizin sizi dəstəkləməsi, sizə yetərli deyilmi?”
Ali İmran/3:125 Əlbəttə, çətinliklərə qarşı müqavimət göstərərsəniz və müttəqi davranarsanız, sizə bu anda qəflətən bir hücum etsələr, Rəbbiniz sizi təlim almış beş min mələk ilə dəstəkləyər.
Ali İmran/3:126 Allah bunu sadəcə, qəlbinizi sakitləşdirəcək bir müjdə olsun deyə bəyan edir. Zəfər, yalnızca Güclü və Hikmət Sahibi olan Allah qatındandır.
Ali İmran/3:127 Beləcə inkar edənlərin bir qismini məhv edər və ya onları təsirsiz hala gətirib pərişan edər.

Ənfal/8:9 Sizi qurtarması üçün Rəbbinizə yalvarırdınız və O da, "Mən sizi bir-birinin ardınca min mələklə dəstəkləyəcəyəm," deyə sizə qarşılıq vermişdi.
Ənfal/8:10 Allah bunu, ancaq bir müjdə olsun və qəlbləriniz rahatlıq tapsın deyə etdi. Zəfər yalnız Allahdandır. Həqiqətən, Allah Üstündür, Hikmət Sahibidir.
Ənfal/8:11 Özündən bir güvənlik olaraq sizi yuxuya aparıb sakitləşdirirdi. (Susuzluğun yaratdığı depressiyadan) sizi təmizləmək, şeytanın pisliyini (ümidsizliyi) sizdən uzaqlaşdırmaq, qəlbinizi razı salmaq və ayaqlarınızı gücləndirmək üçün üzərinizə göydən su endirirdi.
Ənfal/8:12 Rəbbin mələklərə (və dolayısilə möminlərə) vəhy etdi: "Sizinlə bərabərəm, iman edənləri dəstəkləyin. İnkar edənlərin ürəyinə qorxu salacağam. Vurun boyunlara, vurun onların hər barmağına."
Ənfal/8:13 Çünki onlar Allaha və elçisinə qarşı gəldilər. Kim Allaha qarşı gəlsə, əlbəttə Allahın cəzası çətindir (şiddətlidir).
Ənfal/8:14 Bax bunu dadın. Kafirlər üçün bir də atəş əzabı var.