Fəth - 48:18
Allah, ağacın altında sənə bağlılıq sözü verən (beyət edən) iman edənlərdən razı olmuşdur. Onların qəlblərində olanı bilmiş, onlara hüzur endirmiş və onları yaxın bir zəfərlə mükafatlandırmışdır.
"Sənə bağlılıq sözü verənlər, Allaha bağlılıq sözü vermişdirlər.":
Əhzab/33:12
İkiüzlülər və qəlblərində xəstəlik olan kimsələr, "Allahın və elçisinin bizə verdiyi söz boş bir xəyaldan başqa bir şey deyilmiş!" deyirdilər.
Əhzab/33:13
Onlardan bir qrup isə, "Yəsrib əhli, artıq dayana bilməzsiniz; geri dönün," deyirdi. Onlardan digər qrup isə, evləri qorunduğu halda, "Evlərimiz mühafizəsiz qaldı," deyərək peyğəmbərdən izin istəyirdilər. Bütün məqsədləri qaçmaq idi.
Əhzab/33:14
Orası işğal edilsə və düşmənə qatılmaları istənsəydi heç tərəddüt etmədən onlara qatılardılar.
Əhzab/33:15
Daha öncə də, arxa çevirib qaçmayacaqlarına dair Allaha söz vermişdilər. Allaha verilmiş hər söz sorğu-sual olunacaqdır.
Ali İmran/3:172
O iman edənlər ki, savaşda yaralandıqdan sonra da Allahın və elçisinin çağırışına tabe oldular. Yaxşılıq edib, müttəqi davrananları üçün böyük bir mükafat var.
Əhzab/33:22
İman edənlər, partiyaları (müttəfiqləri) [hücuma hazır] görüncə, "Bax bu, Allahın və elçisinin bizə söz verdiyidir. Allah və elçisi doğru söyləmişdir," dedilər. Bu (təhlükəli vəziyyət), onların ancaq inanclarını və təslimiyyətlərini gücləndirdi.
Əhzab/33:23
İman edənlərdən elə kimsələr var ki, Allaha vermiş olduqları sözü gerçəkləşdirmişdirlər. Onlardan kimisi əhdini yerinə yetirdi (şəhid oldu), kimisi də hazır gözləyir. Heç vaxt qərarsızlığa düşmədilər.
Əhzab/33:24
Allah beləcə doğruları doğruluqları ilə mükafatlandırır. İkiüzlüləri də istəyərsə cəzalandırar və ya tövbələrini qəbul edər. Allah Bağışlayandır, Rəhmlidir.