Fəth - 48:26 İnkar edənlər, könüllərindəki öfkə və təəssübü, cahiliyyə dövrünün fanatizmini alovlandırdıqlarında, Allah elçisinin və iman edənlərin üzərinə hüzurunu endirmiş və onların müttəqilik (təqva) sözünü tutmalarını təmin etmişdi. Onlar buna tam yaraşan və layiq olan kimsələrdi. Allah hər şeyi Biləndir.
İman etmənin ən önəmli kriteri:
Ənam/6:82 İman edənlər və imanlarını bir zülmlə bulaşdırmayanlar güvənliyə layiqdirlər və onlar doğruya yönələnlərdir.

Loğman/31:13 Loğman oğluna öyüd verərkən bunu  demişdi: "Əziz oğlum, Allaha ortaq qoşma, şübhəsiz şirk (Tanrıya ortaq qoşmaq) böyük bir zülmdür."

Zumər/39:65 Sənə və səndən öncəkilərə belə vəhy edilmişdir: Ortaq qoşarsan, bütün etdiklərin boşa gedər və ziyana uğrayanlardan olarsan.