Fəth - 48:26
İnkar edənlər, könüllərindəki öfkə və təəssübü, cahiliyyə dövrünün fanatizmini alovlandırdıqlarında, Allah elçisinin və iman edənlərin üzərinə hüzurunu endirmiş və onların müttəqilik (təqva) sözünü tutmalarını təmin etmişdi. Onlar buna tam yaraşan və layiq olan kimsələrdi. Allah hər şeyi Biləndir.
48: 26 ilə əlaqəli ayə:
Ali İmran/3:154
Sonra o üzüntünün ardından, içərinizdən bir qrupa təskinlik verən güvən dolu bir yuxunu üzərinizə endirdi. Bir qisminiz eqoistcəsinə öz dərdinə düşmüş, cahiliyyə dövründə olduğu kimi Allah haqqında yanlış düşüncələr çıxarır və, "Bu işdə bir səlahiyyətimiz varmı," - deyirdi. "Bütün səlahiyyət Allahındır," - de. Sənə açmadıqlarını içlərində gizləyirdilər. "Bizim bir səlahiyyətimiz olsaydı burada öldürülməzdik," - deyirlər. De ki, "Evlərinizdə belə olsaydınız, aranızda ölməsi qərarlaşdırılanlar devriləcəkləri yerə doğru sürünəcəkdilər." Allah beləcə kökslərinizdəkini sınayar və qəlblərinizdəkini təmizləyər. Allah ən gizli düşüncələri bilir.
Fəth/48:26