Fəth - 48:27
Allah elçisinin röyasını gerçəkləşdirdi: "Allah istəyərsə, güvənlik içində, başlarınızı (saçlarınızı) qırxdırmış və qısaltmış olaraq Müqəddəs Məscidə daxil olacaqsınız. Bir qorxu hiss etməyəcəksiniz. Sizin bilmədiklərinizi bildiyindən, sizə bundan öncə acil bir zəfər hazırlamışdır."
Allah elçisinin röyası:
Ənfal/8:43
Allah onları röyanda sənə az göstərirdi. Onları sənə çox göstərsəydi, dağılacaq və o mövzuda mübahisə edəcəkdiniz. Fəqət Allah (sizi) qurtardı. O, sinələrin özünü Biləndir.