Fəth - 48:29 Allahın Elçisi Muhəmməd və bərabərində olanlar inkar edənlərə qarşı sərt və öz aralarında isə mərhəmətlidirlər. Onları, əyilib səcdə edərək Allahdan lütf və razılıq diləyərkən görərsən. Üzlərində səcdələrin izləri vardır. Bu, onların Tövratdakı vəsfləridir. İncildəki vəsfləri isə, tumurcuğunu çıxarıb gücləndirmiş və qalınlaşıb gövdəsi üzərinə qalxaraq əkinçiləri sevindirən bitki kimidir. O, onlarla inkar edənləri öfkələndirir. Allah, onlardan iman edib müttəqi davrananlara bağışlanma və böyük bir mükafat söz vermişdir.
"İnkar edənlərə qarşı sərt olun.": Əlaqəli
Tovbə/9:123 Ey iman edənlər, sizi mühasirəyə alıb, hücum edən kafirlərlə savaşın. Sizdə sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlə bərabərdir.

Fəth/48:29 Allahın Elçisi Muhəmməd və bərabərində olanlar inkar edənlərə qarşı sərt və öz aralarında isə mərhəmətlidirlər. Onları, əyilib səcdə edərək Allahdan lütf və razılıq diləyərkən görərsən. Üzlərində səcdələrin izləri vardır. Bu, onların Tövratdakı vəsfləridir. İncildəki vəsfləri isə, tumurcuğunu çıxarıb gücləndirmiş və qalınlaşıb gövdəsi üzərinə qalxaraq əkinçiləri sevindirən bitki kimidir. O, onlarla inkar edənləri öfkələndirir. Allah, onlardan iman edib müttəqi davrananlara bağışlanma və böyük bir mükafat söz vermişdir.

Təhrim/66:9 Ey Peyğəmbər, kafirlərə və ikiüzlülərə qarşı mücadilə et və onlara qarşı sərt davran. Yerləri cəhənnəmdir. Necə də pis bir məskəndir.

Tovbə/9:73 Ey Peyğəmbər, kafirlərə və ikiüzlülərə qarşı mücadilə et və onlara qarşı sərt davran. Varacaqları yer cəhənnəmdir. Ora necə də pis bir dönüş yeridir!