Fəth - 48:6 Və Allah haqqında pis düşüncələr bəsləyən ikiüzlü kişilərlə ikiüzlü qadınları və bütpərəst kişilərlə bütpərəst qadınları cəzalandırsın. Pislikləri əks təsir göstərəcəkdir. Allah onlara qəzəblənmiş, onları lənətləmiş və onlar üçün cəhənnəmi hazırlamışdır. Orası necə də pis bir dönüş yeridir.
İnkar edənlər üçün cəhənnəmdə dərəcələr vardır.
Nisa/4:145 İkiüzlülər (münafiqlər) Atəşin ən aşağı qatındadır; Onlara yardım edəcək kimsə tapa bilməzsən.

Ğafir/40:45 Allah onu onların planladıqları pisliklərdən qorudu. Fironun tərəfdarlarını əzabın ən pisi bürüdü.
Ğafir/40:46 Onlara gündüz və axşam atəş verilər. Dünyanın son günündə isə, "Fironun tərəfdarlarını əzabın ən çətininə (şiddətlisinə) salın."

Əhqaf/46:18 Bunun kimilər, gəlib keçmiş cin və insan cəmiyyətləri arasında əzab sözünə layiq olmuş kimsələrdir. Onlar ziyana uğrayanlardır.
Əhqaf/46:19 Hər biri üçün, etdiklərinə görə dərəcələr vardır. Etdiklərinin qarşılığı, haqsızlıq edilmədən tam verilər.

Ali İmran/3:162 Allahın rizasına diqqət edən bir kimsə Allahın öfkəsinə uğrayıb Cəhənnəmə girən kimsə kimi ola bilərmi? O necə də pis bir yerdir!
Ali İmran/3:163 Onlar Allah qatında dərəcə dərəcədir. Allah etdiklərinizi görəndir.

Hicr/15:43 "Cəhənnəm hamısının görüşmə yeridir."
Hicr/15:44 "Onun yeddi qapısı vardır və hər bir qapı üçün onlardan müəyyən bir pay vardır."

Nəhl/16:29 İçində daimi qalacağınız Cəhənnəmin qapısından girin! Təkəbbürlənənlərin yeri necə də pisdir.

Zumər/39:72 "Təməlli qalacağınız Cəhənnəmin qapılarından girin. Təkəbbür göstərənlərin sonu necə də pismiş!" deyilər.

Ğafir/40:76 Daimi qalmaq üzrə Cəhənnəmin qapılarından girin! Təkəbbürlənənlərin yeri necə də pisdir.