Fəth - 48:8 Biz səni bir şahid, bir müjdəçi və bir xəbərdar edici olaraq göndərdik.
Elçilər qövmləri haqqında dirilmə günü şahidlik edəcək:
İsra/17:71 Hər bir xalqı öndərləriylə birlikdə çağırdığımız gün, kitabı sağından verilənlər kitablarını oxuyarlar və ən xırda bir haqsızlığa məruz qalmazlar.

Nisa/4:41 Hər millətin üzərinə bir şahid gətirdiyimizdə, səni də bunların üzərinə şahid olaraq gətirsək halları necə olar?

Casiyə/45:28 Hər camaatı diz çökmüş halda görərsən. Hər camaat öz kitabına çağrılar: "Bu gün sizə, etdiklərinizin qarşılığı ödənəcəkdir."
Casiyə/45:29 "Bu kitabımız sizə qarşı gerçəyi söyləməkdədir. Çünki biz, etdiklərinizi qeyd edirdik."

Zumər/39:69 Yer, Rəbbinin nuru ilə parlayar. Kitab qoyular. Peyğəmbərlər və şahidlər gətirilər. Aralarında gerçəyə görə hökm verilər və onlara zülm edilməz.

Maidə/5:116 Allah belə deyəcək: "Ey Məryəm oğlu İsa! Sənmi insanlara, 'Allahdan başqa məni və anamı da tanrı qəbul edin' dedin?" (İsa) belə cavab verəcək: "Sən Ucasan, haqqım olmayan bir şeyi söyləmək mənə yaraşmaz. Əgər belə bir şey söyləmiş olsaydım Sən bilərdin. Sən mənim düşüncəmi bilirsən; ancaq mən Sənin düşüncəni bilmərəm. Sən bütün gizli şeyləri bilirsən."
Maidə/5:117 "Mən onlara 'Rəbbim və Rəbbiniz olan Allaha qulluq edin' deyə mənə əmr etdiyindən başqasını demədim. Aralarında olduğum müddətcə onlara şahid idim. Canımı aldıqdan sonra isə Sən (Özün) onların üzərində nəzarətçi oldun. Sən hər şeyə Şahidsən."