Fəth - 48:8 Biz səni bir şahid, bir müjdəçi və bir xəbərdar edici olaraq göndərdik.
Muhəmməd peyğəmbərin dirilmə günü ümmətinə şahidçiliyi:
Furqan/25:27 O gün zalım kimsə (üzüntüdən) əlini dişləyib belə deyər: "Kaş ki, elçi ilə birlikdə eyni yolu tutsaydım."
Furqan/25:28 "Vay mənim halıma, kaş ki, filankəsi yoldaş qəbul etməsəydim."
Furqan/25:29 "Məni, mənə yetişən mesajdan azdırdı. Gerçəkdən, şeytan insanı yarı yolda buraxar."
Furqan/25:30 Elçi də dedi ki; "Rəbbim, xalqım Quranı tərk etdi."